Accessibility links

Əfqanıstanda dini rəsmi qətlə yetirilib


Qəndəharda müqəddəs müsəlman ziyarətgahlarına səfərlər təşkil edən idarənin önündə bomba partladılıb

Əfqanıstan polisinin bildirdiyinə görə, Qəndəhar şəhərində bomba hücumu nəticəsində ali dini rəsmi də daxil olmaqla 2 nəfər həlak olub. Qəndəhar polis rəisi Şer Məhəmməd Zazayi deyir ki, motosiklə yerləşdirilən bomba müqəddəs müsəlman ziyarətgahlarına səfərlər təşkil edən idarənin önündə partladılıb. Onun sözlərinə görə, partlayış yerli Həcc departamentinin rəhbəri Məhəmməd Həsən Taymuri və bir başqa adamın həyatına son qoyub. Ən azı iki nəfərində yaralandığı bildirilir. Hücumun məsuliyyətini hələlik həç bir təşkilat öz üzərinə götürməyib. Qəndəhar Əfqanıstan hökumət rəsmiləri və institutlarını müntəzəm oalraq hədəf alan Taliban yaraqlılarının istehkamı sayılır.

XS
SM
MD
LG