Əfqanıstanda helikopter qəzasında 31 amerikalı əsgər həlak olub

  • Amerikanın səsi

Əfqanıstanda helikopter qəzasında 31 amerikalı əsgər həlak olub

Əfqanıstan prezidenti Həmid Karzay deyir ki, Vardak vilayətində baş verən helikopter qəzasında 31 ABŞ əsgəri və 7 əfqan əsgər həlak olublar.

Rəsmilər deyirlər ki, şənbə günü baş verən qəza 2001-ci ildə ABŞ-ın Əfqanıstana hərbi müdaxiləsi başlanandan bəri koalisiya əsgərləri üçün ən ölümcül insidentdir.

Taliban qüvvələri helikopteri vurduqlarını deyərək bundan əvvəl 8 militantın öldürüldüyünü xəbər veriblər.

NATO qəzanı təsdiq edib, amma detallara varmayıb.

Prezident Karzay ABŞ prezidenti Barak Obama və ölənlərin ailələrinə başsağlığı verib.