Accessibility links

Helmənd vilayətində intihar hücumu zamanı 12 polis zabiti və bir uşaq həlak olub(YENİLƏNİB)


Helmənd vilayətində intihar hücumu zamanı 12 polis zabiti və bir uşaq həlak olub(YENİLƏNİB)
Helmənd vilayətində intihar hücumu zamanı 12 polis zabiti və bir uşaq həlak olub(YENİLƏNİB)

Əfqanıstanda Helmənd vilayətində intiharçının maşına yerləşdirdiyi bombanın partlaması nəticəsində 12 polis işçisi və bir uşaq həlak olub. Hökumətinin sözçüsü Daud Əhjməd bu gün vilayətin paytaxtı Ləşgər Gah şəhərində deyib ki, partlayış güclü mühafizə olunan polis idarəsinin qərargahı yaxınlığında baş verib. O deyib ki, yaralananlar arasında üç mülki vətəndaş var. Hücuma görə məsuliyyəti Əfqanıstandan xarici qüvvələrin çıxarılması və prezident Həmid Karzainin hakimiyyətdən devrilməsi uğrunda mübarizə aparanTaliban döyüşçüləri öz üzərinə götürüb. Ləşgər Gah şəhərində təhlükəsizliyin təmin edilməsi bu ay Əfqanıstan qüvvələrinə həvalə edilib. Bu, 2014-cü ildə Əfqanıstan ərazisində təhlükəsizliyə görə məsuliyyəti bütünlüklə Əfqanıstan təhlükəsizlik qüvvələrinə təhvil verilməsi planının ilk mərhələsidir. Hücum ABŞ-ın yüksək səviyyəli hərbi rəsmisi, admiral Maykl Mallenin Əfqanıstana əvvəlcədən elan edilməmiş səfərinin ikinci gününə təsadüf edir. Admiral Mallen ölkənin cənubunda komandirlər və əsgərlərlə görüşüb.

XS
SM
MD
LG