Əfqanıstan prezidenti ölkəsində suverenliyin bərqərar olunmasını istədiyni deyib

  • Amerikanın səsi

Əfqanıstan prezidenti ölkəsində suverenliyin bərqərar olunmasını istədiyni deyib

Əfqanıstan prezidenti Həmid Karzay ölkəsinin suverenliyinin bərqərar olunmasını və strateji əməkdaşlıq olaraq Birləşmiş Ştatların ölkədə qalacaq hərbi qüvvələrinin gecə reydlərini dayandırmasını istədiyini deyib. Bu gün Birləşmiş Ştatlarla münasibətləri və Talibanla sülh danışıqlarını müzakirə etmək üçün Əfqanıstanın 2 mindən çox siyasətçisinin, qəbilə ağsaqallarının və icma liderlərinin Loya-Cirgə - Böyük Şurada bir araya gəldiyi yığncaqda etdiyi çıxışı zamanı cənab Karzay hökumətdən kənarda paralel institutların qurulmasını istəmədiyini bildirib.

Talibanın danışıqları pozacağı ilə hədələməsindən sonra Kabildəki toplantının güclü təhlükəsizlik tədbirləri şəraitində keçirildiyi deyilir.