İntiharçı Əfqanıstanın Qəndəhar şəhərində məscidə hücum edərək, prezident Həmid Karzayın qardaşının dəfn mərasimində dörd nəfəri öldürüb. Daxili İşlər Nazirliyi hadisə zamanı Qəndəharda dini şuranın rəhbəri Hikmətulla Hikmətın həlak olduğunu bildirib. Bundan başqa hadisədə bir uşaq da həlak olub və parlament üzvü Bismillah Əfqanmal da daxil olmaqla 15 nəfər yaralanıb. Prezident Karzayın qardaşının dəfn mərasimində bir neçə yüksək rütbəli federal və vilayət rəsmiləri iştirk edirdilər.