Əfqanıstan prezidenti intiharçı hücumuna cəhd etmiş 20 uşağı əvf edib

  • Amerikanın səsi

Əfqanıstan prezidenti intiharçı hücumuna cəhd etmiş 20 uşağı əvf edib

Əfqanıstan prezidenti Həmid Karzay intiharçı hücumlarına cəhddə günahkar bilinərək həbs edilən 20 uşağı azadlığa buraxmağa sərəncam verib. Prezident Karzay yeniyetmələrlə Kabildəki prezident sarayında görüşüb. Prezident onlara bu cür hücumların İslam dininə zidd olduğunu deyib və onları bu yoldan dönməyə çağırıb. Bundan sonra lider uşaqların azad edilərək valideyinlərinə qaytarılmalarına sərəncam verib. Taliban əvvəllər bu uşaqlardan hücumlar həyata keçirmək üçün istifadə edib. May ayında Paktika vilayətində 12 yaşlı intiharçı özünü partladaraq dörd nəfəri öldürmüşdü.