Fori: Qayalarda tarix
Your browser doesn’t support HTML5
Böyük bir ərazini əhatə edən Fori Ərazisi Paleontoloji Mərkəzdən çox uzaqda yerləşsə də burada da Coni Dey Fosil Yataqlarına xas süxur və bitki örtüyünü görmək mümkün idi. Müxtəlif vulkanik partlayışlar və süxurların zamanla eroziyası nəticəsində fərqli forma və çatlara sahib bu təpəliklər hər dəfə güclü yağışlar yağdıqca yumşaq süxurların yeyilib aparılması nəticəsində fərqli görüntü və möhtəşəmlik qazanır. Həqiqətən də bu ucsuz-bucaqsız çöllükdə, qayaların arasında gəzdikcə tarixin sizə pıçıldadığını, sizinlə öz sirrlərini bölüşmək istədiyini duyursunuz. Cığırın sonunda yol boyu məlumat üçün asılmış lövhələrin ən sonuncusunda belə bir sual yazılmışdı: görəsən milyon il sonra bu ərazilər necə bir görüntüyə sahib olacaq?