İsraillə məhbus mübadiləsinə görə bir qrup fələstinli öz vətənlərinə dönməyə başlayıblar. Suriya dövlət mətbuatı bildirib ki, bir qadın da daxil olmaqla 16 nəfər keçmiş məhbus bu gün Dəməşqə çatıb. Bundan bir az əvvəl 11 fələstinli Türkiyəyə gəlib. Təxminən 40 fələstinli təhlükəsizlik səbəblərinə görə deportasiya edilib. İsrail rəsmiləri 400 nəfərdən çox azad edilmiş fələstinlinin Qərb Sahili və Qüdsə qayıtmalarına icazə verib.