Fevral - Qaradərililərin tarixi ayıdır (Video)

  • Nərminə Cəlalqızı

Fevral - Qaradərililərin tarixi ayıdır (Video)

1960-cı illərin əvvəllərində Alabama ştatının Birminqham şəhəri afrikalı amerikalıların bərabərlik uğrunda mübarizəsinə səhnə oldu

Fevral ayı Birləşmiş Ştatlarda afrikalı-amerikalıların həyatlarına həsr edilərək, "Qaradərililərin Tarixi Ayı" adlanır. Son iyirmi ildə müxtəlif irqlərdən olan insanlar Birləşmiş Ştatlar tarixinə ağrılı, amma mühüm illər kimi həkk olunan 50-60-cı illərdəki insan haqları hərəkatları ilə daha çox maraqlanırlar.

1960-cı illərin əvvəllərində Alabama ştatının Birminqham şəhəri afrikalı amerikalıların bərabərlik uğrunda mübarizəsinə səhnə oldu. O vaxtlar ruhani Martin Lüter Kinq və digərləri bu şəhərdə dinc nümayişlərə qalxdı. Lakin polisin nümayişçilərə qarşı gözyaşardıcı qaz və itlərdən istifadə etməsindən sonra bəzi nümayişlər zorakılıqlarla başa çatdı. Çox sayda insan yaralandı, minlərlə adam həbs edildi. Məqsəd irqi ayrı-seçkiliyə son qoymaq idi.

50 ilə yaxın bir vaxtın keçməsinə baxmayaraq, Birləşmiş Ştatların cənubunda insan haqlarının qorunması yolunda mübarizə barədə məlumat alamq üçün insanlar Birminqhamdakı Vətəndaş Haqları institutuna gəlir.

Villiam Revil bu muzeyi görmək üçün uzaqdan gəlib. “Qaradərili insanlar bu günə nəyin bahasına gəlib çatdıqlarını anlamalıdırlar. Bu, baha başa gəlib. Təəssüflər olsun ki, bu yolda çox sayda insan həyatını qurban verib.” - deyə, o bildirir.

Lourens Pijo Birminqham Vətəndaş Haqları muzeyinin prezidentidir. Pijo doctor Kinqin içərisində məşhur “Birminqham məhbəsindən məktublar”-ının yazdığı kameranın qapısını nümayiş etdirir. Həmin yazı vətəndaş azadlıqları uğrunda mübarizənin manifestinə çevrildi. “Belə bir institutun olması vacibdir. Yalnız bizim ölkədən deyil, başqa ölkələrdən gələn insanlar da Birminqhamda baş verənləri, buradakı irqçiliyə qarşı hərəkatın dünyaya təsirlərini bilməlidir” - deyə, Pijo bildirir.

Burada afrikalı-amerikalıların həyatlarına aid multimedia təqdimatları, şəkillər və eksponatlar var.

Ann Mari bu muzeya baxmaq üçün Londondan gəlib. “Biz Alamaba hadisələrinin inteqrasiyada mühüm rol oynadığını eşitmişdik. Mən dinc nümayişlərin müxtəlif irqdən olan insanları yan-yana, sülh şəraitində yaşamalarına gətirib çıxarması barədə bilmək istəyirəm.”

Keçən ili Birminqham muzeyinə tamaşa etməyə minlərlə insan gəlmişdi. Buraya, vətəndaş hüquqlarının müdafiəsinə həsr edilimiş muzeyə daha çox insanın gələcəyinə ümid edilir.