Eynulla Fətullayev YUNESKO-nun mükafatını aldı

Amerikanın Səsi BMT-nin rəsmi səhifəsinə istinadən xəbər verir ki, azərbaycanlı jurnalist və insan haqları fəalı BMT-nin ənənəvi mükafatına layiq görülüb. Mükafat ifadə azadlığının önə çəkənlərə verilir.

35 yaşlı Eynulla Fətullayev 2012-ci il YUNESKO-nun Guillermo Cano Dünya adına Mətbuat Azadlığı mükafatına layiq görülüb. Mükafat 1987-ci ildə qətlə yetirilmiş Kolumbiyalı jurnalistin adını daşıyır.

Cənab Fətullayev Gündəlik Azərbaycan və Realniy Azərbaycan qəzetlərinin təsisçisi və baş redaktoru olub.

YUNESKO bildirir ki, o, karyerası boyu mətbuat və ifadə azadlığını önə çəkib. 2007-ci ildə həbs edilən Eynulla Fətullayev keçən il Azərbaycanın Respublika günü münasibətilə mayın 26-da prezidentin imzaladığı əfv fərmanı ilə azadlığa çıxıb.