MHİ və Müsavat Partiyası jurnalistin azadlığa buraxılmasını tələb edir, məhkəmə istintaqını ədalətsiz sayır
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının 9 il həbsə məhkum edilməsi etirazla qarşılanıb. Media
Hüququ İnstitutu, Müsavat partiyası jurnalistin həbsini pisləyən bəyanatla çıxış edib.
Məhkəmə hökmündən öncə isə çoxsaylı beynəlxalq və yerli hüquq müdafiə təşkilatları hökuməti həbsdən azad etməyə, mediaya təzyiqləri dayandırmağa çağırılıb.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 2011-ci ilin noyabrında sabiq deputat və hazırda dələduzluqda ittiham olunaraq 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib və barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə həbs qətimkan tədbiri seçilib. Baş redaktor həbs olunandan sonra “Xural” qəzetinin dərc olunmasına qeyri - rəsmi qadağa qoyulub. Rəsmi dövlət mətbəəsi olan “Azərbaycan” nəşriyyatı və bir sıra özəl şirkətlər “Xural” qəzetinin nəşr etməkdən imtina edib.
Həbsdən sonra Ə.Zeynallı barəsində bir-birinin ardınca Cinayət Məcəlləsinin 311.4 (hədə yolu ilə pul tələb etmə), 306 (məhkəmənin qərarını icra etməmə) və 213.1 (xeyli miqdarda vergini ödəməkdən yayınma) maddələri ilə cinayət işləri açılıb.
16 ay həbsdə saxlanılandan sonra - martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi baş redaktor barəsində 9 il müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarıb. Qərara əsasən Ə.Zeynallıya həbsdən azad edildikdən sonra 1 il ərzində kommersiya fəaliyyəti ilə məşğul olmaq qadağan edilib, baş redaktorun vurduğu zərərə görə xəzinəyə 4076 manat köçürməli olduğu bildirilib.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli və digər yüksək rütbəli məmurlar müxtəlif məhkəmələrdə baş redaktora qarşı iddialar qaldırıb.
Media Hüquqları İnstitutu Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin bu gün çıxardığı hökmü ədalətsiz hesab edir.
“bu ədalətsiz hökm ən qısa zamanda ləğv olunmalıdır. Zeynallının zorla pul tələb etmək ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilməsi ifadə azadlığının boğulmasının təzahürüdür” MHİ-nin bəyanatında qeyd olunur.
Müsavat Partiyası isə bəyan edir ki, Ə.Zeynallının işi üzrə məhkəmə istintaqı ədalətlə aparılmayıb.
“Bu səbəbdən də baş redaktor barəsində çıxarılan məhkəmə qərarı ləğv edilməli, baş redaktor isə azadlığa buraxılmalıdır”, sənəddə bildirlir.