Jurnalist istintaqı kəskin sözlərlə tənqid edib. O Gülər Əhmədovanın məhkəməyə gətirilməsini tələb edib
Fevralın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə prosesdə onun yekun sözü ilə çıxış etməsi planlaşdırılmışdı.
Lakin iclasın əvvəlində Zeynallı vəsatəti olduğunu bildirib. Buna cavabda prokuror da, hakim də məhkəmə istintaqının artıq yekunlaşdığını və heç bir vəsatət ola bilməyəcəyini bildiriblər.
Lakin Zeynallı xatırladıb ki, onun işi üzrə əsas şikayətçi – keçmiş deputat Gülər Əhmədova həbs edilib.
Zeynallı işin təkrar istintaqa göndərilməsini və Əhmədovanın məhkəmədə iştirakının təmin edilməsini tələb edib.
“O, tamamilə sağlamdır. Biz onunla eyni istintaq təcridxanasındayıq. Bizim məhkəməyə birlikdə gətirilməyimiz barədə göstəriş verin”, deyə Zeynallı bildirib.
Çıxışı zamanı o, prokurora qışqıraraq, onu “şərəfsiz” adlandırıb.
Buna cavabda dövlət ittihamçısı Zeynallının məhkəmə zalından çıxarılmasını tələb edib.
Redaktor isə prokuroru qulluqçu və kölə adlandırıb.
“Sən kimsən axı?! Sən kanalizasiya rəisi olmağa layiqsən!”, deyə o qışqırıb.
Bundan sonra hakim Ramella Allahverdiyeva məhkəmə nəzarətçilərinə zalı boşaltmaq göstərişi verib. Tezliklə vəkil Elçin Sadıqov zaldan çıxıb və jurnalistlərə işin yeni açılmış hallarla əlaqədar təkrar istintaqa göndərilməli olduğunu bildirib. Prosesdə fasilə yaranıb.
Bundan sonra növbəti məhkəmə iclasının martın 5-də keçiriləcəyi elan edilib.