ETTELAAT Təbrizdə azərbaycanlı tələbələri həbs edib

ETTELAAT Təbrizdə azərbaycanlı tələbələri həbs edib

Həbs edilənlər azərbaycanlı tələbə fəallar Behruz Fəridi, Arəş Məhəmmədi və Səyavuş Məhəmmədidir.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları azərbaycanlı tələbə fəallar Behruz Fəridi, Arəş Məhəmmədi və Səyavuş Məhəmmədini həbs edib.

“Media forum” saytının məlumatına görə, hər üç tələbə noyabrın 3-ü səhər tezdən yaşadıqları mənzillərdə tutulub. Mənzillərdə axtarış aparılıb, tələbələrə məxsus kompüterlər və bir sıra digər şəxsi əşyalar götürülüb.

Tələbə fəalların konkret nədə günahlandırıldığı və hazırda harada saxlandığı bilinmir.