Ermənistanın aparıcı müxalifət partiyası ali məhkəmədən bazar günü seçkilərinin nəticələrini ləğv etməyi tələb edir. Müxalifət səsvermənin saxtalaşdırıldığını iddia edir.
Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresi 131 yerlik parlamentdə cəmi 7 yer qazana bilib. Hakim Respublikaçılar partiyası 68 yerə sahib olub.
EMK Respublikaçıları səsləri satın almaqda, seçicilərə təzyiq göstərməkdə və seçki qutularına müdaxilə etməkdə günahlandırır.
Respublikaçılar seçkilərin demokratik keçdiyni deyirlər. Beynəlxalq monitorlar seçkilərdə qanun pozuntularının baş verdiyini desələr də, Ermənistan hökumətini dinc səsverməyə görə alqışlayıblar.