Accessibility links

ATƏT Ermənistan seçkilərinə qiymət verdi


Bazar günü Ermənistanda keçirilən parlament seçkiləri canlı və əsasən dinc kampaniyalar və balanslı media şəraitində keçdi, amma seçicilərə təzyiqlər və qüsurlu şikayət prosesi qeyri-bərabər yarış meydanı yaratdı, deyə ATƏT müşahidəçiləri bildirirlər.

Müşahidəçilər kampaniya mühitində toplaşma və ifadə azadlığına əsasən riayət olunduğunu bildiriblər. Onların sözlərinə görə namizədlər sərbəst şəkildə kampaniya aparmaq imkanı əldə ediblər. Bununla belə ictimaiyyətin və siyasi partiyaların prosesə inamsızlığı ciddi narahatlıq mənbəyi olaraq qalır.

“Ermənistan seçki islahatlarına və açıq və dinc kampaniya mühitinə görə alqışa layiqdir, amma bu yarışda prosesin icraatında bir sıra nöqsanlar qeydə alınıb,” deyə ATƏT müşahidəçi missiyasının rəhbəri Fransua Haviyer de Donna bildirib. “Bu üzdən də Ermənistan sərbəst şəkildə öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə tam əməl etməyib.”

Seçicilərin 60 faizinin səsverməyə qatıldığını vurğulayan ATƏT rəsmiləri əsasən siyasi partiya təmsilçilərinin prosesə müdaxilə cəhdlərini tənqid ediblər. Avropa Şurası Parlament Assambleyasının rəhbəri Nikolson Vinterborn ümid etdiyini bildirib ki, gələn il keçiriləcək prezident seçkilərinədək sadalanan nöqsanlar aradan qaldırılacaq.

XS
SM
MD
LG