Ermənistanda keçirilən ekzit pollar göstərir ki, parlament seçkilərində hakim Respublikaçılar Partiyası qələbə çalıb. Bu səsvermə dörd il bundan qabaq təlafatla nəticələnən prezident seçkilərindən sonraya təsadüf edir.
Gallup təşkilatının keçirdiyi sorğuya əsasən prezident Serj Sarkisyanın Respublikaçılar Partiyası səslərin 44 faizini toplayıb. Onun müttəfiqi "Firavan Ermənistan" isə 29 faizlə ikinci yerdədir.
Prezidentin mənsub olduğu partiya 131 yerlik parlamentdə kürsülərin yarıdan çoxunu qazanacağına ümid bəsləyirdi.
İşsizlik, səfalət və qonşu Türkiyə və Azərbaycanla münaqişələr başlıca kampaniya məsələləri sayılır.
Hələ ki, seçkilər 2008-ci il prezident seçkiləri ilə müqayisədə sakit keçir. Lakin cümə günü qazla doldurulmuş balonlar partladıqdan sonra konsert nümayişində 150 adam yaralanmışdı.
Törəni cənab Sarksiyanın partiyası təşkil etmişdi və prezident tam təhqiqat aparılmasına göstəriş verib. Partlayışın səbəbi dəqiq bilinmir, amma bəzi məlumatlara görə siqaretin balonlara yaxın məsafədə yandırılması insidentə bais olub.