“Əsas şüarlardan biri bu idi ki, biz Azərbaycan olmamalıyıq. Bu, bizim üçün rüsvayçılıqdır,” deyə hüquqşünas Zaur Qurbanlı Ermənistanda baş nazir Serj Sarksiyanın istefa verməsi ilə nəticələnən etiraz dalğasıını şərh edir. Onun sözlərinə görə, Azərbaycanda İlham Əliyevin məhdudiyyətsiz qaydada hakimiyyətini illər boyu davam etdirməsi mümkündür ki, oxşar situasiyanın öz ölkələrində yaşanmasını arzulamayan erməni xalqını hiddətlənməsində rol oynayıb.
Demokratiya imitasiyası olmayan ölkələr Suriya ola bilir, Liviya ola bilir.
Zaur Qurbanlı Sarkisyanın ilk öncə Rusiya modeli [Vladimir Putin hakimiyyətini baş nazir olaraq Prezident Dmitri Medvedevin dönəmində davam etdirir] əsasında hərəkət etməyə cəhd göstərdiyini dedi. Lakin erməni xalqının dirənişi qarşısında və Rusiyanın proseslərə müdaxilədən imtina etməsi fonunda onun hakimiyyətdə qalmaq amacı iflasa uğradı.
“Niyə ermənilər təşkilatlana bildilər? Bunun əsas açar nöqtəsi budur ki, orada vətəndaş cəmiyyəti qalır. Orada QHT-lər var, hüquq müdafiəçiləri, partiyalar var. Orada da seçkiilər saxtalaşdırılır, amma parlamentdə müxalifət var. Orada demokratiyanın imitasiyası var idi.”
Zaur Qurbanlı Ermənistanda indiyədək mövcud olan siyasi sistemi “demokratiya imitiasiyası” kimi səciyyələndirir. Bu növ rejimlərdə demokratiyanın elementləri gözə dəysə də, əsasən görüntü xarakteri daşıyır. Onun sözlərinə görə, vaxt vardı ki, Azərbaycanda da “demokratiya imitiasiyaı” var idi, lakin 2013-cü ildən sonra vətəndaş cəmiyyətinə basqıların, kütləvi həbslərin ardınca hətta bu imitasiyaya da son qoyuldu.
“Demokratiya imitasiyası olmayan ölkələr Suriya ola bilir, Liviya ola bilir,” deyə Qurbanlı demokratik atrubutların məhv edildiyi cəmiyyətdə üzləşilən təhlükələri qeyd edir.
Çox güman ki, Ermənsitan seçki demokratiyası olan ölkələr sırasına daxil olacaq.
Qurbanlı Ermənistanda baş verən proseslərdən sonra ölkənin gələcəyi ilə bağlı nikbin olduğunu söyləyir.
“Çox güman ki, Ermənsitan seçki demokratiyası olan ölkələr sırasına daxil olacaq.”
Zaur Qurbanlı əlavə edir ki, illər boyu Azərbaycan hökumətinin yürütdüyü təbliğat xalqda qonşu millətin aşağı keyfiyyətlərə malik olduğunu aşılamağa cəhd göstərsə də, insanlar müstəqil mühakimə yürütmək imkanlarını saxlayırlar.
“Onların bizdən daha böyük uğur qazandıqları, daha demokratik olduqları və öz haqlarını qoruya bildiklərini və 'Biz Azərbaycan olmaq istəmirik' deyə həqiqətən Azərbaycan kimi biabrıçı vəziyyətə düşməyə imakn vermədiklərini gördük.”