ABŞ prezidenti Barak Obama bu gün Virciniyanın Riçmond şəhərində universitet tələbələri qarşısındakı çıxışı zamanı iş yerlərinə planının təsdiqinə dair Konqresə təzyiq göstərilməsinə çağırıb. Prezident 450 milyard dollarlıq planını dünən Konqresin birgə sessiyasında açıqlayıb. ABŞ dövlət başçısı 14 milyon işsiz amerikalının iş yerləri ilə təmin edilməsi planından bəhs edib. Prezident çıxışı zamanı vergilərin ixtisarı və iş yerlərinin qısa zamanda artırılmasına şərait yaradılması üçün nəzərdə tutulan məsrəflərdən danışıb. ABŞ prezidentliyinə respublikaçı namizəd Mişel Bakman prezidentin çıxında heç bir təklifin irəli sürülmədiyini bildirib. Hazırda Amerikada işsizlik göstəriciləri 9.1 faiz təşkil edir.