Azərbaycan Demokratik Firqəsinin sədri vəfat edib [Arxivdən audio-müsahibə]

Shaampiyooni Booksii, Gurraachii Ameerikaa Eenyummaa Ofii Lallisuudhan Beekkamu Muhammad Alii oggaa 74tti Addunyaa Kanarraa Du'an Boqate

Azərbaycan Demokratik Firqəsinin sədri Əmrəli Lahrudi Əhmədoğlu dekabrın 5-də Bakıda vəfat edib.

Əmrəli Lahrudinin 2008-ci ildə Amerikanın Səsinə verdiyi audio müsahibəni təqdim edirik.

Your browser doesn’t support HTML5

Əmrəli Lahrudi ilə müsahibə

Əmirəli Lahrudi Əhmədoğlu 1924-ci ildə İran Azərbaycanında, Meşkin mahalının Lari kəndində anadan olub. 1943-cü ildə Hizbi Tudeyi İran təşkilatına üzv olub. 1944-ci ildə partiyanın Şərqi Meşkin mahal komitəsinin sədri kimi çalışıb.

Lahrudi 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinin(ADF) üzvü və Meşkin mahal komitəsinin sədr müavini seçilib. 1946-ci ilin oktyabrında Təbrizdə hüquq və siyasi məktəbin tələbəsi olub.

Cənubi Azərbaycanda qurulmuş Milli Hökumət devrildikdən sonra Sovet Azərbaycanına mühacirət edib, siyasi fəaliyətini ADF-nin Ağdam və Quba təşkilatında davam etdirib.

1960-ci ildə Azərbaican Demokrat Firqəsi Hizbi Tudeyi İran ilə birləşdikdən sonra partiyanın mərkəzi komitə üzvü və icraiyyə komitəsinin üzvü seçilib.

Lahrudi 1960-dan 1968-ci ilə qədər Almaniyanin Leyipsik şəhərində yerləşən partiyanın mərkəzidə işləyib, 1968-ci ildə Azərbaycana qayıdıb və Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsində öz fəaliyyətini davam etdirib. Hizbi Tudeyi İranın 16-cı plenumunda (1979-cu il) icraiyyə komitəsinin üzvü seçilib.

Eyni zamanda “Azərbaycan” jurnalının redaktoru vəzifəsində çalışıb.

1979-cu ildən bu günə qədər ADF-nin sədri idi.