Əmir Mərdani: Lobbiçilk fəaliyyətində ardıcıllıq lazimdir [Audio]

Əmir Mərdani

İsveçdə yaşayan güneyli diaspora fəalı Əmir Mərdani Amerikanın Səsinə müsahibədə insan haqları pozuntuları, eləcə də güneydəki siyasi durumu gündəmə gətirmək istiqamətində yürüdülən lobbiçilik fəaliyyətləri və bu sahədə mövcud olan problemlər və çətinliklər haqqında danışıb.

Your browser doesn’t support HTML5

Əmir Mərdani: Lobbiçilk fəaliyyətində ardıcıllıq lazimdir

Güney Azərbaycan Öyrənci Hərəkatı (AZOH) veb səhifəsinin redaktoru həmçinin mənsub olduğu qrup və Güney Azərbaycan Demokrat Partiyasının (GADP) birgə təşkil etdiyi Güney Azərbaycan İttifaqı heyətinin 2014-cü ildə müxtəlif ölkə və beynəlxalq qurumların təmsilçiləri ilə keçirdiyi görüşlər haqqında məlumat verib.

Əmir Mərdaninin dediklərinə görə, lobbiçilik fəaliyyətləri ilə əlaqəli mövcud olan əsas problemlərdən biri "beynəlxalq qurumların Güney Azərbaycanı tanımamalarıdır". O, son illərdə atılmış bəzi addımlar nəticəsində bu mövzuda nisbi olaraq irəliləyişin müşahidə olunduğunu deyir.

Lobbiçilik fəaliyyəti baxımından çox acınacaqlı durumdayıq. Bunu çözmək üçün çalışmalarda ardıcıllıq və yorulmadan prosesi davam etdirmək lazimdir... Fəaliyyət olur, amam davam və ardıcıllıq olmadığı zaman, sadəcə bir görüş keçirib vəo görüşün ardı tutulmadığı zaman sonuca vara bilmirik.
Əmir Mərdani

2014-cü ildə Güney Azərbaycan İttifaqının çalışmaları haqqında danışan güneyli fəal xüsusilə Avropada aparılan və özünün də iştirak etdiyi görüşlər və toplantılar haqqında ətraflı məlumat verib.

Onun sözlərinə görə, İttifaq Avropa Parlamentinin bəzi nümayəndləri ilə keçirdiyi görüşlərdə güneyin müxtəlif problemləri, o cümlədən Urmiyə gölü ətrafında ekoloji fəlakəti gündəmə gətirib.

Mərdaninin fikrincə, ümumiyyətlə güneyli təşkilatların lobbiçilik fəaliyyətləri yaxşı səviyyədə deyil:

“Bu baxımdan çox acınacaqlı durumdayıq. Bunu çözmək üçün çalışmalarda ardıcıllıq və yorulmadan prosesi davam etdirmək lazimdır... Fəaliyyət olur, amma davamlılıq və ardıcıllıq olmadığı zaman, sadəcə bir görüş keçirib və o görüşün ardı tutulmadığı zaman sonuca vara bilmirik,” deyə İsveçdə mühacirətdə yaşayan fəal lobbiçilik sahəsində uzun proseslərdən sonra nəticə almağın mümkün olduğunu bəyan edir.

Əmir Mərdani İranda yaşayan digər qeyri-fars millətlərin lobbiçilik sahəsində aktivliyinin türklərdən daha artıq olduğunu önə çəksə də, gələcəyə ümidlə baxdığını söyləyir.

O, xüsusilə insan haqları üzrə lobbiçilik fəaliyyətlərinə ciddi ehtiyac olduğunu vurğulayır.