“Güney Azərbaycan siyasi təşkilatlarının lobbiçilik fəaliyyətləri yox həddində zəifdir. Onların bu istiqamətdə qurumlaşmış və uzun müddət davam edə biləcək siyasətləri yoxdur,” deyə güneyli siyasi ekspert Arif Kəskin Amerikanın Səsinə müsahibədə bildirir. Cənab Kəskin güney təşkilatları və siyasi qruplarının beynəlxalq miqyasda nüfuzu, habelə Qərb ölkələri ilə münasibətlərini təhlil edib.
Arif Kəskinin fikrincə, güney təşkilatlarının lobbiçilik fəaliyyətləri adətən Azərbaycan Respublikası hakimiyyətinin imkanları çərçivəsində həyata keçirilib. Bu kontekstdə konkret nümunə olaraq Dünya Azərbaycanlıları Konqresini nümunə gətirən ekspertin dediklərinə görə, lobbiçilik fəaliyyətlərində problemin bir tərəfi də Qərb ölkələrinin İranla bağlı apardığı yanlış siyasətlə əlaqəlidir.
“Bugünkü siyasi şərait tarixdə heç olmadığı qədər potensial olaraq Güney Azərbaycanın xeyrinədir. İrana hakim olan rejimin durumu, dünyada və bölgədə baş verən olaylar və İran İslam Respublikasının gələcəyinin şübhə altında olması kimi xüsusların hamısı Güney Azərbaycan Milli Hərəkatı üçün bir şansdır.” Amma Arif Kəskinin fikrincə güneylilər bu fursətlərdən effektiv istifadə edə bilmirlər.
Araşdırmaçı hazırda güneyli milli qüvvələri səfərbər edəcək bir güc mərkəzinin mövcüd olmadığını deyir. “Güney Azərbaycan siyasi gücləri dağınıq vəziyyətdədir. Hərəkatın hər hansı bir mərkəziyyəti yoxdur. Bu boşluğu doldura biləcək bir qrup ya şəxs mövcüd deyildir... Buna görə də, dünya gücləri Azərbaycan hərəkatı ilə əlaqə qurmaq üçün kimə müraciət edəcəyini bilmir,” deyə güneyli ekspert əlavə edib.
O, həmçinin maddi resurslar və bacarıqlı kadrların olmamasını da lobbiçilik sahəsində mövcüd olan digər problemlər olaraq önə çəkir.
Cənab Kəskinin fikrincə, güney təşkilatları ortaya çıxan fursətlərdən istifadə etməyi bacarmasa da, dünyada İran İslam Respublikasının ziddinə olan hər bir hadisə, o cümlədən bu ölkəyə qarşı tətbiq edilən muxtəlif sanksiyalar və BMT tərəfindən çıxarılan qətnamələr İran Azərbaycanında milli mədəni hüquqların bərpa olunmasını istəyən toplumun xeyrinə işləyir.
Arif Kəskinin fikrincə, güney təşkilatlarının lobbiçilik fəaliyyətləri adətən Azərbaycan Respublikası hakimiyyətinin imkanları çərçivəsində həyata keçirilib. Bu kontekstdə konkret nümunə olaraq Dünya Azərbaycanlıları Konqresini nümunə gətirən ekspertin dediklərinə görə, lobbiçilik fəaliyyətlərində problemin bir tərəfi də Qərb ölkələrinin İranla bağlı apardığı yanlış siyasətlə əlaqəlidir.
Bugünkü siyasi şərait tarixdə heç olmadığı qədər potensial olaraq Güney Azərbaycanın xeyrinədir.