Elyar Makuyinin söylədiklərinə görə, İranın müxtəlif bölgələrində keçən həftələrin ölümcül daşqınlarından ziyan çəkmiş əhaliyə yardım edə bilməyən İran hakimiyyəti həmin bölgələrdə kütləvi etirazların baş qaldırmasından qorxur.
Your browser doesn’t support HTML5
“Güney Azərbaycan Milli Oyanış Hərəkatının” (GAMOH) üzvü Amerikanın Səsi ilə söhbətdə deyir ki, İslam Respublikası ölkə xaricindən gətirdiyi şiə silahlı qruplaşmaları vasitəsilə ortaya çıxa biləcək etirazları yatırtmaq istəyir.
Təbii ki, rejim də psixoloji olaraq millətin üzərində çalışır. Ay biz Suriya olarıq, ay biz İraq olarıq, ay İran parçalanar, dağılar! Belə-belə sözlərlə toplumu kontrol altında saxlayırlar və qorxudurlar.
Milli fəal deyir ki, 2017-ci ilin son günlərində İranda iqtisadi vəziyyətə etiraz olaraq başladılan nümayişlər İran hakimiyyəti üçün gözlənilməz deyildi.
“Təbii ki, rejimin də araşdırmaları var və bilirdilər ki, millət maddi olaraq çox pis durumdadır. Amma əllərindən də bir iş gəlmir... Öz aralarında ixtilafları var. Millətin dərdini düşünməkdənsə bu ixtilaflarla məşğul olurlar. Populist şüarlar səsləndirirlər,” Makuyi söyləyir.
GAMOH üzvünün dediklərinə görə, “etiraz aksiyalarının İran vilayətlərində yayılması kontrolun hakimiyyətin əlindən çıxması anlamında deyildi. Mən belə düşünürəm ki, hakimiyyətin də rolu var idi. İstəyirdilər millət kontrol olmuş şəkildə çıxsın və etiraz etsin. Çünki onsuz da millətdə etiraz potensialı var idi.”
İranda əhalinin sosial-məişət şəraitinin günbəgün ağırlaşdığına diqqət çəkən Elyar Makuyi deyir ki, hakimiyyət əhalini durumun bundan daha pisə gedəcəyindən qorxudur:
“Toplumda bəzi kəsimlər də var ki, durumlarından razıdırlar, ya da mövcud durum bundan daha pis olmasın deyə etirazlara qatılmırlar. Təbii ki, rejim də psixoloji olaraq millətin üzərində çalışır. Ay biz Suriya olarıq, ay biz İraq olarıq, ay İran parçalanar, dağılar! Belə-belə sözlərlə toplumu kontrol altında saxlayırlar və qorxudur.”
SEE ALSO: “İran məzhəb siyasəti ilə türklər və türkmənləri bir-birindən ayıra bilmədi”Bir müddətdir ki, İslam Respublikasının ölkə xaricində dəstəklədiyi bəzi milli qüvvələr, o cümlədən İraq şiələrinin təşkil etdiyi “Haşdi Şabi” qüvvələri sel fəlakətinin baş verdiyi bölgələrdə görünürlər.
İran rəsmiləri onların xəsarət alan əhaliyə yardım üçün gəldiyini bildirir. Elyar Makuyi hesab edir ki, bu qüvvələr xüsusilə ərəblərin yaşadığı bölgələrdə ortaya çıxa biləcək kütləvi etirazları yatırtmaq üçün İrana gətiriliblər.