Accessibility links

“İran iqtisadiyyatının böyük bir hissəsi Sepah qüvvələrinin əlindədir”


Tramp administrasiyası bu yaxınlarda İslam İnqilabı Keşikçiləri Korpusunu xarici terror təşkilatı adlandırıb. Siyasi fəal və İran ordusunun keçmiş zabiti Babək Çələbiyanlı Amerikanın Səsi ilə söhbətdə Sepahın sıradan bir hərbi qüvvə olmadığını vurğulayır.

Babək Çələbiyanlı Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:12:31 0:00

Babək Çələbiyanlı İnqilab Keşikçiləri Korpusunun İran iqtisadiyyatın böyük bir hissəsini əlində cəmləşdirdiyini önə çəkir.

İnqilabdan 40 il keçib amma inqilab havasını hələ canlı saxlayırlar. Bu əsasda da, ‘İnqilabın rəhbəri’ deyirlər. İnqilab Məhkəmələri və İnqilab Keşikçiləri var.

Onun dediklərinə görə, “İran-İraq müharibəsi dövründə Sepah qüvvələri sadəcə müharibədə aktiv idilər. Amma savaş bitdikdən sonra bunların fəaliyyət sahələri yavaş- yavaş dəyişdi. Elə ki, bəzi ekspertlərə görə, hazırda İran iqtisadiyyatının 60 faizi Sepahın əlindədir.”

O, ABŞ-ın Sepahla bağlı yeni qərarının da İrana tətbiq edilən iqtisadi təzyiqlər istiqamətində qəbul edildiyini qeyd edir.

“ABŞ hökümətinin açıqlamalarına baxdığımızda, İrana maksimum iqtisadi təzyiqləri tətbiq etmək istiqamətində Sepah terrorist qruplar siyhasına alınıb. Bu qərarın Sepahın 40-cı quruluş ildönümünün qeyd edildiyi günlərdə alınması da anlamlıdır,” siyasi fəal söyləyir.

O, əlavə edir, “Sepahın təqribən 132 min qüvvəsi var. Amma bir də Sepaha bağlı olan şirkətlər və zavodlar var... Yəni sadəcə hərbi qüvvədən ibarət deyil. Sepah hərbi gücünü daha çox İranın xaricinə yönləndirib. Qüds qüvvəsi demək olar ki daha çox hərbi sahədə məşğuldur.”

İran-İraq müharibəsindən sonra, Sepahın fəaliyyət sahələri yavaş yavaş dəyişdi. Elə ki, bəzi ekspertlərə görə, hazırda İran iqtisadiyyatının 60 faizi Sepahın əlindədir

Babək Çələbiyanlı İslam İnqilabından 40 il keçdiyinə baxmyaraq İranda inqilabi vəziyyətin hələ davam etməsinin normal olmadığnı ifadə edir:

“İnqilabdan 40 il keçib, amma inqilab havasını hələ canlı saxlayırlar. Bu əsasda da ‘inqilabın rəhbəri’ deyirlər. İnqilab Məhkəmələri və İnqilab Keşikçiləri var. Normal şəraitdə bunlar olmamalı... Xomeyninin bir şüarı var idi. Deyirdi, bu inqilabi ixrac etməliyik. Sepah qüvvələri həmin şüarın istiqamətində Yaxın Şərq ölkələrinin daxili işlərinə müdaxilə edir. Bu da həm qonşu ölkələrini, həm də dünyanı ciddi şəkildə rahatsız edir.”

Tehranın İmam Əli Hərbi Universitetinin məzunu müsahibədə həmçinin İnqilab Keşikçiləri Korpusu (Sepah) və İran İslam Respublikasının Ordusunun (Arteş) nüfuz və qabiliyyətlərini müqayisəli şəkildə şərh edib.

XS
SM
MD
LG