“Putin üçün ABŞ-la yaratdığı qarşıdurma imici həm ölkə daxilində, həm də digər ölkələrlə münasibətlərində böyük dividentlər əldə etməyinə imkan yaradır,” Elmir Mirzoev deyir.
Your browser doesn’t support HTML5
Putin dünyada gedən antiamerikanizm trendindən məharətlə yararlanaraq insanları öz tərəfinə çəkməyə çalışır.
Bu ənənənin hələ Stalin zamanından qoyulduğuna diqqət çəkən kulturoloq qeyd edir ki, Sovet İttifaqı xalqın müdafiəçisi kimi o dövrdə bir çox Qərb intelektuallarının rəğbətini qazanmışdı.
“İndi isə Putin dünyada gedən anti-amerikanizm trendindən məharətlə yararlanaraq insanları öz tərəfinə çəkməyə, özü barədə haqqın tərəfdarı obrazını yaratmağa çalışır. Hətta Afrikada belə bir çox ölkələr var ki, məsələnin mahiyyətini bilmədən 'Amerika imperializmi'-nə qarşı çıxmaq üçün Putini dəstəkləyirlər.”
Bizdə də eyni söhbətdir. İnsan hüquqlarından, iqtisadi problemlərdən danışmaq istəməyəndə deyirlər ki, bizim Qarabağ boyda dərdimiz var. Məqsəd daxildəki enejini, etirazı kənar düşmənə çevirməkdir.
Kulturoloqun sözlərinə görə, Putinin ilk iki prezidentliyi dövründə həyata keçirdiyi xarici siyasətini bir sözlə ifadə etmək mümkündür – suveren demokratiya.
“Suveren demokratiya Rusiya başda olmaqla Avropaya inteqrasiyanı imitasiya edən keçmiş Sovet ölkələrin devizi idi. Bu o demək idi ki, yəni, biz beynəlxalq ictimaiyyət üçün liberal dəyərləri imitasiya etməklə yanaşı, öz daxilimizdə istəyimiz qaydalara uyğun hərəkət edəcəyik.”
Lakin, 2007-ci ildən etibarən Putin öz siyasətini başqa çarxa çevirdiyini qeyd edən bəstəkar bildirir ki, ekspansionaist siyasətin əsas başında duran adamlardan biri olan Aleksandr Proxanov öz fəaliyyətilə uzun müddət bu siyasətin ideoloji əsaslarını hazırlayırdı.
“O, öz qəzetində 5-ci imperiya adlı yeni bir konsepsiya təklif edirdi. Onun fikrincə Rusiyada 4 dəfə imperiya mövcud olub və Sovet Respublikası da 4-cü, sonuncu imperiya idi. Bundan sonra yeni, 5-ci imperiya qurulacaq. Güclü siyasi və hərbi gücə malik olacaq bu imperiya Avroasiya regionunu əhatə edəcək.”
Bundan əlavə, Rusiyanın məşhur intelektuallarından olan Eduard Limonovun əvvəllər fəaliyyətdə olan Milli Bolşevik Partiyası da bu ideyaları dəstəkləyirdi.
Elmir Mirzoevin sözlərinə görə, Putin də bu ideyadan təsirlənərək Avropa və Asiyanı birləşdirən bir region yaratmaq istəyindədir. Onun sözlərinə görə 2007-ci ilə qədər istər Rusiya daxilində, istərsə də xarici ölkələrdə heç kəs Putinin belə bir planı olacağına inanmır və ciddiyə almırdı.
“2008-ci ildə Putinin faktiki olaraq başqa bir ölkənin ərazisinə, Gürcüstana hücum etməyi, ardında dini və etnik qardaşı hesab edilən Ukraynanın ərazisinin bir hissəsini işğal etməsi onu göstərdi ki, Putin bu imperiya planında kifayət qədər ciddidir.”
Rusiyada vətənpərvərlikdən danışırlarsa diqqətli olun, hardasa oğurluq edirlər.
Putinin ekspansionist siyasətinin həm də daxili çatışmazlıqları gizlətmək məqsədi güddüyünü bildirən Mirzoev əlavə edir ki, avtoritar rejimlər hər zaman daxili problemlərdən danışmaq istəməyəndə həmişə xarici düşmənə fokuslanırlar.
“Bizdə də eyni söhbətdir. İnsan hüquqlarından, iqtisadi problemlərdən danışmaq istəməyəndə deyirlər ki, bizim Qarabağ boyda dərdimiz var. Məqsəd daxildəki enejini, etirazı kənar düşmənə çevirməkdir.”
Dünyada bir çox avtoritar rejimlərin ayaqda durmasında Moskvanın rolunu dəyərləndirən kulturoloq qeyd edib ki, başda Bəşər Əl-Əsəd höküməti olmaqla keçmiş Sovet Respublikası ölkələrinin bir çoxunun illərdir təzyiqlərə davam gətirə bilməsində birbaşa Putinin xarici siyasətinin nəticəsidir.
Elmir Mirzoev hesab edir ki, Rusiya daxilində həm xristian, həm də müsəlman dini fanatiklərin sayı artmaqdadır və bu artım ölkədə ciddi fundamental parçalanmaya gətirib çıxara bilər. Bu da vətəndaş müharibəsi üçün kiçik bir qığılcımın kifayət etməsi anlamına gəlir.