Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 25-də BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində ATƏT Minsk Qrupunun həmsədrləri (ABŞ-dan Ceyms Uorlik, Rusiyadan İqor Popov, Fransadan Pier Andryu) ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrej Kaspirşik də iştirak edib.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində müzakirələr davam etdirilib.