Əli Həsənov: Amerika ilə Azərbaycan arasında gərgin münasibətlər müşahidə etmirik [Video-Müsahibə]

Your browser doesn’t support HTML5

Əli Həsənov: Amerika ilə Azərbaycan arasında gərgin münasibətlər müşahidə etmirik

Azərbaycan Prezident Administrasiyasının ictimia-siyasi məsələlər şöbəsinin müdirinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycan Prezident Administrasiyasının ictimia-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Amerikanın Səsinə müsahibəsində Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitunun (RATİ) direktoru Emin Hüseynov, Azərbaycan-Amerika münasibətləri, QHT-lərə münasibət, siyasi məhbus adlandırılan şəxllər, ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələrdən danışıb.

Amerikanın Səsi: RATİ direktoru Emin Hüseynovun İsveçrənin Bakıdakı səfirliyində sığınacaq tapması barədə bu ölkənin televiziyası məlumat yayıb. Münasibəıtiniz?

O istintaqdan yayınır, istintaqa gəlmək istəmir.

Əli Həsənov: Mənim məlumatım yoxdur. Məlumatım olmadığı məsələyə də şərh verməyim düzgün deyil. Hər halda məndə məlumat odur ki, o istintaqdan yayınır, istintaqa gəlmək istəmir. Harada gizlənidyi, harada sığınacaq tapdığı isə mənə məlum deyil.

Amerikanın Səsi: Siyasi partiyalarla dialoqa Milli Şura dəvət ediləcəkmi?

Bütün fəaliyyət göstərən siyasi partiyaları dəvət edirik. Qapı onların üzünə açıqdır.

Əli Həsənov: Biz bura şura dəvət etmirik. Biz bütün siyasi partiyaları buraya, bu görüşə, dialoqa dəvət edirik. Bütün fəaliyyət göstərən siyasi partiyaları dəvət edirik. Qapı onların üzünə açıqdır.

Amerikanın Səsi: Son dövrlər Amerika-Azərbaycan münasibətlərində gərginliklə bağlı ekspertlər şərhlər verirlər. İki dövlət arasındakı münasibətlər sistemini siz necə qiymətləndirirsiniz?

İki ölkə arasında iqtisadi, siyasi, sosial və digər sahələrdə də münasibətlər davam edir. Bəzi dairələr var ki, bu münasibətləri kəskinləşdirməyə çalışır.

Əli Həsənov: Biz Amerika ilə Azərbaycan arasında gərgin münasibətlər müşahidə etmirik. Ayrı-ayrı ekspertlər, ayrı-ayrı hüquq müdafiə, mühafizə təşkilatları və yaxud ayrı-ayrı siyasət formalaşdıran mərkəzlər nələrsə müşahidə edə bilərlər. Amma, Azərbaycanla-Amerika arasındakı münasibətlər həm beynəlxalq sülhyaratma proseslərində, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində, həm beynəlxalq enerji təhlükəsizliyi məsələlərində, Xəzər dənizi və Cənubi Qafqazın transmilli nəqliyyat-kommunikasiya xətlərinin birgə formalaşması, istismarı və digər istiqamətlərdə inkişaf edir. O cümlədən, iki ölkə arasında iqtisadi, siyasi, sosial və digər sahələrdə də münasibətlər davam edir. Bəzi dairələr var ki, bu münasibətləri kəskinləşdirməyə çalışır. Onlar Amerikanın mətbuatında ara-sıra Azərbaycanla bağlı neqativ yazılar dərc etdirirlər. Bu neqativ yazıların hazırlanması və formalaşdırılması da bir qayda olaraq real gerçəkliyi deyil, bu münasibətləri korlamaq istəyən ayrı-ayrı mərkəzlərin sifarişləri nəticəsində həyata keçirilir. Biz bunların qarşısını almağa çalışırıq və düşünürük kü, ABŞ hökuməti də buna çalışır.

Amerikanın Səsi: ABŞ Konqresində bu gün Azərbaycanla bağlı dinləmələr keçiriləcək. Azərbaycan hökumətinin belə dinləmələrə münasibəti necədir və iştirak edirmi?

Bizim parlament də Amerikadakı proseslərlə bağlı dinləmələr keçirir. QHT-lər də dinləmələr keçirir. Lazım olsa, biz də hökumət olaraq keçirə bilərik.

Əli Həsənov: Bunlar normaldır. Bizim parlament də Amerikadakı proseslərlə bağlı dinləmələr keçirir. QHT-lər də dinləmələr keçirir. Lazım olsa, biz də hökumət olaraq keçirə bilərik. Demokratik, siyasi-plüralistik normaların hökm sürdüyü dünyada belə şeylərə görə kimisə günahlandırmaq olmaz. ABŞ-da da qoy Azərbaycan həyatını olduğu kimi təhlil etsinlər, münasibət bildirsinlər. Biz də olduğu kimi Amerika cəmiyyətində baş verən prosesləri təhlil edib münasibət bildiririk. Sadəcə olaraq belə müzakirələri keçirməyin bir prinsipial məqamları var. Müzakirələrə təkcə anti-Azərbaycan qüvvələri deyil, eyni zamanda Azərbaycandakı real vəziyyəti doğrudan bilən insanları dəvət etmək lazımdır. Müzakirələri birtərəfli yox, neytral aparmaq lazımdır.

Amerikanın Səsi: Qərbyönümlü QHT-lərlə bağlı siyasi münasibət necədir? Çünki hüquq-mühafizə orqanları bir çox belə QHT-lərin ofislərini möhürləyib, onların rəhbərlərini həbs edib.

Biz QHT-ləri qərbyönümlü, şərqyönümlü olmalarına görə təsnif etmirik.

Əli Həsənov: Biz QHT-ləri qərbyönümlü, şərqyönümlü olmalarına görə təsnif etmirik. Azərbaycanda qeydiyyatdan keçmiş rəsmi QHT-lər var, qeydiyyatdan keçməmiş qeyri-qanuni fəaliyyət göstərən QHT-lər var. Şəffaf fəaliyyət göstərən QHT-lər var, qeyri-şəffaf fəaliyyət göstərən QHT-lər var. Fəaliyyət prinsiplərində “QHT haqqında” qanunu rəhbər tutan QHT-lər var, sifarişlə işləyən QHT-lər var. Bizim təsnifat bu şkala üzrə aparılır və buna görə də onların hər birinə yanaşma var. Biz istəyirik ki, Azərbaycanda hər bir təşkilatın fəaliyyəti şəffaf olsun, hər bir təşkilatın fəaliyyətində qanunlara hörmət olsun.

Amerikanın Səsi: Əfvlə bağlı yeni gözləntilər nədir? Çünki məhbuslarla bağlı beynəlxalq tənqidlər çoxalıb.

Əfv mütəmadi davam edən prossesdir.

Əli Həsənov: Əfv prosesi mütəmadi davam edən prossesdir. Əfv komissiyası mütəmadi fəaliyyət göstərən bir qurumduir. İndiyədək olduğiu kimi bundan sonra da bu proseslər davam edəcək.