Eldar Namazov Amerika səfirinin səlahiyyətlərini icra edənlə görüşüb

Eldar Namzaov

Milli Şuranın son sessiyasının qərarları, seçki öncəsi durum müzakirə olunub
Avqustun 26-da Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili, səfirin səlahiyyətlərinin icra edən Derik Hobanla səfirlikdə görüşüb.

Milli Şuranın İcra Aparatının mətbuat xidmətinin məlumatına görə, görüşdə Milli Şuranın son sessiyasının qərarları, ölkədə seçki öncəsi durum və ictimai-siyasi proseslər müzakirə olunub.