O yazır ki, Azərbaycanda tam cəzasızlıq şəraitidir, ölkə hüquqi böhran vəziyyətindədir, insan hüquqları total şəkildə pozulur, Azərbaycan hökuməti problemi həll etmək əvəzinə zərərçəkmişi təhdid etməklə məşğuldur
Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev ABŞ prezidenti Barak Obamadan qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin oğrulanmasında günahkar olanların tapılıb cəzalandırılması üçün Azərbaycan hökumətinə təzyiq edilməsini xahiş edib.
Elşad Abdullayev Azərbaycan cəmiyyətini ABŞ prezidentinə müraciət üçün imza kampaniyasına qoşularaq onu dəstəkləməyə çağırıb:
“Hörmətli həmvətənlərim! Xahiş edirəm, ABŞ prezidenti Barak Obamaya imza toplama müracətimizə qoşulasınız. 10 ildir ki, qardaşım, Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat - “ölüm eskadronu” tərəfindən oğurlanıb. Mütəşəkkil cinayətkar təşkilata Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev havadarlıq etdiyi üçün nə cinayəti edənlər, nə də, cinayəti sifariş edənlər cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycanda tam cəzasızlıq şəraitidir, ölkə hüquqi böhran vəziyyətindədir, insan hüquqları total şəkildə pozulur, Azərbaycan hökuməti problemi həll etmək əvəzinə zərərçəkmişi təhdid etməklə məşğuldur".
Turan agentliyi bildirir ki, 10 il bundan öncə təqiblərlə üzləşdiyi üçün Fransaya qaçan sabiq rektor ötən ilin sentyabrından Azərbaycan hakimiyyəti, ilk növbədə Ramiz Mehdiyevlə açıq mübarizəyə başlayıb.
Onun deputat yerlərinin satılması barədə videoçəkilişləri və başqa ifşaları Azərbaycan cəmiyyətində partlayışa səbəb olub, prezident İlham Əliyevin administrasiyasına etimad xeyli azaldıb.
Videoların ilk qurbanı parlamentin deputatı Gülər Əhmədova olub. Əhmədova Mehdiyevin adından Abdullayevlə deputat mandatı alveri edib və videoçarx yayılandan 4 ay sonra dələduzluq ittihamı ilə onu həbs ediblər.
Videoqalmaqalın iştirakçılarından biri olan Sevinc Babayeva dekabrda İstanbul klinikasında vəfat edib - doğmaları bildirir ki, onu zəhərləyiblər.
Elşad Abdullayev yeni videoifşaların olacağını da bildirir. Görünür onların ən dağıdıcıları oktyabrdakı prezident seçkiləri öncəsi yayılacaq.