Elşad Babayevin ölümü və vəzifə səlahiyyətlərini aşma

Həbsxana

Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində Elşad Babayevin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 309.2 maddəsi ilə (Vəzifə səlahiyyətlərini aşma - bu əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) cinayət işi açılıb. Hazırda hadisə ilə bağlı barəsində həbs qəti imkan tədbiri seçilən şəxs yoxdur. Bu barədə hüquq mühafizə orqanlarındakı mənbələrdən Amerikanın Səsinə bəlli olub.

309.2 maddəsinin sanksiyasında 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Elşad Babayevin bacısı Sumuzər Babayeva qardaşının bədənində çoxsaylı qançıqların, baş nahiyyəsində çapıq olan nəşinin şəklini media vasitəsi ilə yayıb. O qardaşıının nəşinin fotolarını məhkəmə tibb ekspertizasıının binasında çəkdiyini bildirib.

Öz növbəsinə Babayeva məhkəmə tibb eksperizasnın Elşad Babayevin ürək tutmasından öldüyü barədə rəy verdiyini deyib.

O qardaşının işgəncələr nəticəsində öldürüldüyünü bildirib. Simuzər Babayevanın dediklərini 14 saylı cəzaçəkmə müəssisəində olan digər məhbuslar da təsdiq edib.

Simuzər Babayeva bildirib ki, qardaşının qatıllərinin cəzalandırılmasına nail olmaq üçün sona qədər mübarizə aparacaq.

“Qardaşımı öıldürüblər. Özü də işgəncə verib öldürüblər. Bunu danmaq olmaz. Fotolardan görünür ki, qardaşım amansız işgəncələrə məruz qalıb. Onun ürək tutmasından ölməsini demək bu cinayəti ört-basdır etməyə cəhddir. Lakin mən sona qədər mübarizə aparacam ki, bu cinayəti törədənlər cəzalandırılsın”.

Dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisinində məhbuslar Elşad Babayevin işgəncə ilə öldürülməsinə etiraz olaraq aksiya keçirib.

Aksiyadan sonra məhbuslara istinadən media yazıb ki, Elşad Babayevə qarşı 14 saylı cəzamçəkmə müəssisəsində məsul post tutan şəxslər bir neçə xidmətçi ilə birlikdə amansız rəftara yol verərək onun ölümünə səbəb olub.

Penitensiar Xidmət isə Elşad Babbayevin işgəncə nəyicəsində öldüyünü təkzib edib. Bununla yanaşı müəssisədə etiraz olduğunu təsdiqləsə də, bunun səbəbini məhbusların intizam qaydalarını pozmağa cəhdi ilə izah edib.

Etiraz zamanı 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən tanınmış hüquqşünas Qurban Məmmədov etiraz aksiyasından bir neçə gün sonra cəzaçəkmə müəssisəsində etiraz edən məhbusların işgəncələrə məruz qoyulduğunu bildirib.