İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Amerikanın Səsinə müsahibəsində 14 saylı cəzaçəkmə müəssisəsində məhkumun ölümü, işgəncə, qeyri insani və pis rəftarla bağlı mövcud durumdan danışıb.
Amerikanın Səsi: Bu günlərdə 14 saylı cəzaçəkmə müəssisəsində Elşad Babayev adlı məhbus gözlənilmədən dünyasını dəyişib. Ailə üzvləri onun işgəncələr nəticəsində, qeyri insani rəftar nəticəsində dünyasını dəyişdiyini bildirir. Münasibətiniz?
Həm Penitensiar Xidmət, həm 14 saylı cəzaçəkmə müsəssisənin rəhbərliyi ölüm faktına görə məsuliyyət daşıyır.
Elçin Behbudov: Fakt odur ki, ölüm var. Buna görə də həm Penitensiar Xidmət, həm 14 saylı cəzaçəkmə müsəssisənin rəhbərliyi ölüm faktına görə məsuliyyət daşıyır. Çünki Elşad Babayev dünyasını evində, küçədə dəyişməyib, qapalı yerdə dəyişib. Bacısının bildirdiyinə görə işgəncə nəticəsində ölüb. Ona görə də əlbəttə hadisəni törədənlər məsulliyyətə cəlb olunmalıdırlar. Bununla bağlı mən baş prokuror Zakir Qaralova müraciət hazırlamışam.
Amerikanın Səsi: Dəfələrlə yerli mediada məhbuslarla bağlı işgəncələr barədə məlumatlar dərc edilib. Xüsusilə cəzaçəkmə müəsissələrində və saxlanma yerlərində. Bu yaxınlarda isə hüquq müdafiəçisi Leyla Yunus və digərləri ilə bağlı belə faktlraın olduğu barədə məlumatlar dərc edilmişdir. Bununla bağlı vəziyyəti necə qiymətləndirirsiniz?
Ancaq çox təəssüflər olsun ki, çox zaman bizə bildirirlər ki, işgəncələr öz təsdiqini tapmadı.
Elçin Behbudov: Bəli, bu gün işgəncə, qeyri insani rəftar, pis rəftar Azərbaycanda mövcuddur. Ancaq bir şey var ki, biz işgəncələrlə bağlı, qeyri insani rəftarla bağlı hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət edirik ki, dövlət tərəfindən həmin faktlar araşdırılsın.
Bildiyiniz kimi beynəlxalq normalara görə işgəncə, qeyri insani rəftar hansı dövlət baş verirsə, həmin dövlət araşdırmalıdır. Ancaq çox təəssüflər olsun ki, çox zaman bizə bildirirlər ki, işgəncələr öz təsdiqini tapmadı. Ancaq Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusla bağlı mən də maraqlanmışam. Bilisiniz, Arifin özü ilə görüşməsəm də onun rəsmi sənədinə baxmışam. Bəzən deyirdilər ki, Arif ağır xəstədir. Fakt tibb kartıçkasında öz təsdiqini tapmadı. Leyla Yunusla bağlı, bilirsiniz o, Bakı İstintaq Təcridxanasında saxlanılır. Mənə imkan verilmir ki, gedim onunla görüşüm, fikirlərini öyrənim.
Amerikanın Səsi: İnsanlar qeyri insani rəftara, işgəncəyə məruz qalması ilə bağlı məhkəmələr qarşısında məsələ qaldırırlar. Açıq bəyanatlarla çıxış edirlər. Xüsusilə Leyla Yunus, Pərviz Həşimli və digərləri belə bəyanatlarla çıxış ediblər. Bunların araşdırılması nə yerdədir?
İşgəncəni təsdiq eləmək də çox çətindir. Qapalı yerlərdə baş verir. Gizli şəkildə baş verir. Ona ancaq məhkəmə qiymət verə bilər.
Elçin Behbudov: Əgər onlarının özlərinin bildirdiyi kimi işgəncəyə məruz qalıblarsa, əlbəttə ki, dövlət tərəfindən araşdırılmalıdır.
Bilirsiniz işgəncə elə bir mövzudur ki, saatlarla danışıb diskussiya aparmaq olar. Yenə sizə deyirəm, işgəncəni təsdiq eləmək də çox çətindir. Qapalı yerlərdə baş verir. Gizli şəkildə baş verir. Ona ancaq məhkəmə qiymət verə bilər.
Amerikanın Səsi: Vəziyyətdən çıxışı nədə görürsünüz? Çünki Naxçıvanda da belə faktlar var idi. Sonra Bakı şəhərində və digər yerlərdə belə bir faktlar olub.Onların cəsədləri ictimaiyyət qarşısında, sosial şəbəkələrdə nümayiş etdirilib.
Bizdə də kifayət qədər məlumatlar var. Foto şəkillər var. İşgəncənin xəsarətləri də var.
Elçin Behbudov: Bizdə də kifayət qədər məlumatlar var. Foto şəkillər var .İşgəncənin xəsarətləri də var. Hamısını biz qeydə alırıq. Çəkirik. Onların hamısını biz özümüzdə, nəzarətimizdə saxlayırıq.
İşgəncənin qarşısını almaq olar. Mən bunu demişəm dəfələrlə, o şərtlə ki, işgəncə ilə məşğul olan, işgəncəni verən güc sturukturlarının əməkdaşları qanun qarşısında cavab versin. Onlar cəzalandırılsınlar. Əlbəttə onlar cəzalandırılmayanda görürlər ki, cinayət xarakterli əməllərinə, rəhbərlərinə rəsmi qiymət verilmir. Onda da bu hadisələr əlbəttə baş verir.
Amerikanın Səsi: Ölkədəki işgəncə faktlarının, qeyri insani rəftarın qarşsının alınması üçün sözünüz.
Mənim bir xahişim var ki, belə hallara düzgün qiymət verilsin. Hadisəni törədənlər qanun qarşısında cavab versinlər.
Elçin Behbudov: Bizim komitə Azərbaycanın dövlət orqanları ilə, - Milli Təhlükəsizlik, Daxili İşlər, Müdafiə nazirlikləri ilə (Ədliyyə Nazirliyi istisna olmaqla) sıx əməkdaşlıq edir. Mütamadi olaraq, qəfildən tam şəffaflıq təmin edilməklə oralarda monitorinq keçiririk. Məhkumların, təqsirləndirilən şəxslərin haqq səslərini dövlət rəhbərliyinə çatdırırıq.
Mənim bir xahişim var ki, belə hallara düzgün qiymət verilsin. Hadisəni törədənlər qanun qarşısında cavab versinlər.