Hərəkatın İdarə Heyətinin və Ali Məclisinin fövqəladə iclası bəyanatla çıxış edib
28 May Respublika Günündə demokratik qüvvələrin Novxanıda keçirilən mitinqində Milli Şuranın elan edilməməsi El Hərəkatında təəccüb və narahatlıq doğurub. El Hərəkatı Milli Şuranın elan olunmamasına etiraz edir. Bu bəyanatla El Hərəkatının İdarə Heyəti və Ali Məclisinin fövqəladə məclisi çıxış edib.
El-in İdarə Heyəti və Ali Məclisinin fövqəladə iclası bu gün Novxanıda Respublika günü münasibəti ilə keçirilən mitinqində Milli Şuranın elan edilməməsindən dərhal sonra keçirilib.
El Hərəkatının sədr müavini Zəfər Quliyev Amerikanın Səsinə bildirib ki, sənəddə Milli Şuranın elan edilməsi üçün tarixi şərait yarandığı qeyd edilir.
“Bu gün heç bir ciddi səbəb olmadan, heç bir açıqlama verilmədən, Milli Şuranın elan olunmaması göstərir ki, həm iqtidarda, həm də müxalifətdə olan bəzi qüvvələr süni surətdə bu prosesi ləngitməklə məşğuldur. El hesab edir ki, bu qüvvələr tarix qarşısında böyük məsuliyyət daşıyır”, o sənədə istinadən qeyd edib.
“Milli Şuranın yaradılmasına xalqın böyük sosial sifarişi var.
Bu günki mitinqdə insanların dəfələrlə Milli Şuranın elan ediməsini tələb edib. Xalqın bu tələbinə biganə yanaşa bilmərik. Hesab edirik ki, bu gün böyük siyasi səhv edilib. Hələ də bəlkə də gec deyil”, o qeyd edib.
El Hərəkatının fövqəladə iclası hesab edir ki, bu gün Milli Şura elan edilməli idi və günün sonunadək də elan edilə bilər.
Milli Şura ideyasının əsas müəllifi, prosesin kuratoru Rüstəm İbrahimbəyov da Milli Şuranın bu gün elan edilməməsindən çox narahatdır.
O hesab edir ki, bu gün mütləq Milli Şura elan edilməli idi.
“Milli Şuranın elan edilməməsi Rüstəm İbrahimbəyovu da çox məyus və narahat edib”, Zəfər Quliyev bildirib.
Xatırladaq ki, siyasi liderlər əvvəlcədən 28 may Respublika Günündə demokratik qüvvələrin Novxanıda keçirdiyi mitinqdə Milli Şura elan ediləcəyini bəyan etmişdi.
Bu gün El Hərəkatının İdarə Heyətinin və Ali Məclisinin fövqəladə məclisi AXC-nin 95-ci, xalq hərəkatının 25-ci və Ə.Elçibəyin anadan olmasının 75 ildönümü ilə bağlı xalqa təbrik ünvanlayıb.