Accessibility links

Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik yubileyinə həsr olunan konfrans keçirilib


Müsavat Partiyasının mərkəzi qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik yubileyinə həsr olunan konfrans keçirilib. Konfransı Müsavat Divanının üzvü, BDU-nun professoru Almaz Əliqızı açıb.


Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səslənib.


Almaz Əliqızı Cümhuriyyətin 95 illik yubileyi münasibətilə çıxış edib. M.Rəsulzadə tarixi yönləndirən şəxsiyyətlərdən biri kimi dəyərləndirilib. 1911-ci ildə Müsavat Partiyasını yaratdığı, 7 il sonra isə müsəlman şərqində ilk demokratik Cümhuriyyət qurdğu xatırladılıb. M.Rəsulzadənin bənzərsiz inqilabçılığı, alim, mütəfəkkir olması kimi keyfiyyətlərinin bu imkanı yaratdığı qeyd edilib. “XX əsrdə Azərbaycan siyasi tarixində M.Rəsulzadə kimi ikinci bir şəxs olmayıb”, - deyə A.Əliqızı Rəsulzadə şəxsiyyətinə dəyər verib.


Daha sonra BDU-nun bir neçə tələbəsinin hazırladığı kitab paylanıb. Bu kitaba M.Rəsulzadənin 1955-ci ildə dəfni zamanı qəbri üzərindəki çıxışlar toplanılıb.

M.Ə.Rəsulzadə İrisini Araşdırma Fondunun rəhbəri Nəsiman Yaqublu cümhuriyyətin tarixi və yerli şəraiti haqqında danışıb. Gürcülərin, ermənilərin milli istiqlalı elan etdikləri deyilib. Ermənilərin danışıqları pozması üzündən Azərbaycan istiqlalını elan edə bilməyib. Nuru paşanın Göyçay istiqamətində məğlub olması da buna mane olub. M.Rəsulzadənin Ənvər paşa ilə danışığından sonra 10 min Osmanlı əsgəri Azərbaycana gəlib və bu, təkcə Bakının deyil, bütün Azərbaycanın qurtuluşu olub. 1918-ci ildə mətbuatda senzura aradan qaldırılıb, dövlət bayrağı qəbul edilib, himn yaradılıb, hər 24 min seçiciyə bir millət vəkili olmaqla Azərbaycan parlamenti formalaşdırılıb.

Cümhuriyyətin ən zəngin ənənəsi Azərbaycanın ərazi bütövlüyünün qorunması olub və M.Rəsulzadə torpağı azad etməklə düşməni fakt önündə qoymağı önə çəkib. Versal konfransında 114 min kvadrat kilometr əraziyə malik Azərbaycan dövlətini 23-ə yaxın dövlət de-fakto tanıyıb. Azərbaycan rəhbərliyi Azərbaycan neftini milli pul ilə sataraq pulun dəyərini qaldırmaq kursu ifadə edib.


Keçmiş baş nazir Pənah Hüseyn iqtidarda və müxalifətdə olmasına baxmayaraq, 28 mayı hamının milli bayramı adlandırıb. Bu sırada M.Rəsulzadənin əsasını qoyduğu Müsavat partiyasının sevinməyə daha çox haqqı olduğunu nəzərə çatdırıb.


Müsavat Partiyası başqanı İsa Qəmbər millətə xidməti şərəf işi adlandırıb. Azərbaycanın Şərq aləmində ilk cümhuriyyət qurması fəxr mənbəyi və milli inkişafı göstərən simvol sayılıb. M.Rəsulzadənin müsavatçılıq ideologiyasını yaratması xüsusi vurğulanıb. Azərbaycanın Avropaya inteqrasiyasının, Azərbaycanla Türkiyənin müttəfiqliyinin əsasını qoyduğu xatırladılıb.


XX əsrin sonlarında Azərbaycanda milli azadlıq mübarizəsinə yeni çalarlar gətirildiyi nəzərə çatdırılıb. Bu sırada Əbülfəz Elçibəyin Bütöv Azərbaycan ideyası xüsusi vurğulanıb. İ.Qəmbər Azərbaycan iqtidarının cümhuriyyət rəhbərlərinin adlarına belə qısqanclıq etdiyini deyib. İqtidara səhvini düzəldərək M.Rəsulzadənin adının BDU-ya qaytarmasını təklif edib. Mərhum dövlət başçısı Heydər Əliyevə yüzlərlə heykəl qoyulmasına heykəllər qəlblərdə deyilsə, uzunmüddətli ola bilməyəcəyi xəbərdarlığı edilib.


Ölkənin demokratik qüvvələri ilə Milli Şuranın yaradılması yönündə işlərin davam etməsinə toxunulub. İ.Qəmbər demokartik qüvvələrin qarşıdakı 5 ildə ölkəni firavan ölkəyə çevirə biləcəyinə inam ifadə edib və hamıya qələbə arzulayıb.


Müsavat Partiyası Nizami təşkilatının rəhbəri Asif Məmmədli mayın 28-də Milli Şura elan ediləndə qısa andiçmə olmasını təklif edib. Şura təsdiq edildikdən sonra isə siyasi partiyaların bayraqlarının endiriməsi, Azərbaycan dövlət bayrağının qaldırılması və hamının Milli Şura ətrafında birliyə çağırılması təklifi səsləndirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG