Əjdər Tağızadə hesab edir ki, İran İslam Respublikası koronavirus pandemiyası ilə əlaqədar Çinin yürütdüyü siyasəti imitasiya edir. Amerikanın Səsinə danışan siyasi fəalın sözlərinə görə, “iki ölkə xüsusilə bu məsələ ilə bağlı məsuliyyət daşıyırlar. Mən inanıram ki, dünya vaxtı gələndə bunu soruğulayacaq və bunlardan cavab istəyəcək.”
Your browser doesn’t support HTML5
Tağızadə müsahibədə həmçinin yaşadığı İsveçdə pandemiya dönəmində görülən tədbirlər haqda danışıb.
Bugün xüsusilə iki ölkə bu məsələ ilə bağlı məsuliyyət daşıyırlar və mən inanıram ki, vaxtı gələndə, dünya bunu sorğulayacaq. Bunlardan cavab istəyəcəklər.
Siyasi fəalın dediklərinə görə, həm Çin həm də İran dövləti müvafiq olaraq Uhan və Qum şəhərlərində yoluxma və ölüm hallarını gizlədərək epidemiyanın başqa ölkələrə yayılmasına yol açıblar.
“Bu gün xüsusilə iki ölkə bu məsələ ilə bağlı məsuliyyət daşıyırlar və mən inanıram ki, vaxtı gələndə, dünya bunu sorğulayacaq. Bunlardan cavab istəyəcəklər. Bu xəstəliyin səbəbkarı Çindir. Çin hələ də informasiya verməyib ki, bu, haradan başladı. Bunun sıfır nöqtəsi haradandır? Bəzi ölkələrə də xəstəlik ilk olaraq İran üzərindən getdi. İran da Qumda xəstəliyi gizlətmişdi. Çin də gizlətdi, İran da,” siyasi fəal ifadə edir.
SEE ALSO: Taha Kirmani: İran böhran idarəçiliyində zəifdirƏjdər Tağızadənin fikrincə, İran İslam Respublikası hələ də pandemiya haqqında məlumatı təhrif etmək üçün Çinin siyasətini izləyir.
O, keçən günlərdə, Ərdəbil vilayətində səhiyyə xidmətinin rəhbəri, habelə İmam Xomeyni xəstəxanasının baş həkiminin işdən çıxarılmasını Çində koronavirusla bağlı ilk xəbərdarlıq etmiş həkimin üzləşdiyi təzyiqlərlə müqayisə edir:
Bu xəstəlik başlanarkən Uhan şəhərində, o həkim dedi ki, bu xəstəlik var, epidemiya başlanır. Çin dövləti onu həbslə təhdid etdi. Tehran rejimi də eyni işləri edir.
“Bu xəstəlik başlanarkən Uhan şəhərində, o həkim dedi ki, bu xəstəlik var, epidemiya başlanır. Çin dövləti onu həbslə təhdid etdi. Sonra zavallı həkim özü də xəstələrə yardım edərkən həyatını itirdi. Tehran rejimi də eyni işləri edir.”
Əjdər Tağızadə əlavə edir, “bu pandemiya üzə çıxardı ki, sosial dövlətlər və millətlərinin seçdiyi dövlətlər ilə ideoloji, bağlı və totalitar rejimlər arasındakı fərq nədir. Baxıb görürük ki, belə bir vəziyyətdə bu dövlətlər öz vətəndaşlarına necə yanaşdılar.”
O, İrandaki iqtisadi vəziyyətə diqqət çəkərək deyir ki, “korona da gəlməsəydi, Tehranın iqtisadiyyatı çökmüşdü. Tehran rejimi payız aylarında minlərlə adam öldürüb. Şəhərlərdə insanları gülləyə tutub. Təyyarəni vurub. Başqa xərcləri də olub. Qonşu ölkələrdə vəkalət savaşları üçün pul xərcləyib. İqtisadiyyat çökmüşdü... İndi deyirlər, gedib oturun evdə. İnsanlar soruşur, gedib oturub nə yeyək?”