Təbriz, Urmiyə, Zəncan və Əhvaz kimi şəhərlərdə seçki saxtakarlığına dair geniş şikayətlər ardından, Şərqi Azərbaycanda bir şura namizədi seçki nəticələrinə etiraz olaraq Əhərdən Təbrizə qədər 100 kilometrdən artıq ayaqyalın yeriyib.
Yarı-rəsmi Fars News agentliyi və Anaj kimi yerli internet portallarının məlumatına görə, Əli Əsədiyan Əhərdə seçki nəticələrinə etirazı olan digər namizədləri də təmsil edir.
Şərqi Azərbaycanın Əhər şəhərində Şəhər Şurasına 7 əsas üzv və əlavə olaraq 2 alternativ üzv seçilir. Açıqlanan nəticələrə görə, Əhərdə keçirilən şura seçkilərində Əli Əsədiyan 2 min 141 səslə 20-ci olub. Seçkilərin birincisi 5 min 102 səs toplayıb.
Mən seçkilərdə tayfaçılığa qarşıyam. Buna görə də, başqa bir namizədlə bərabər bir koalisiya təşkil etdik. Biz poster və plakat çap etmək yerinə, onun pulunu şəhərin bəzi küçələrinə asfalt çəkmək üçün xərclədik.Əli Əsədiyan
Əhərdə şura seçkiləri elektronik səsvermə metodu ilə keçirilib.
“Nigəhban Şurası (Konstitusiyanı Qoruma Şurası) bu səsvermə sistemini təsdiq etmir. Buna baxmayaraq seçkilərin düzgün keçiriləcəyinə ümid edirdik. Amma səsvermə sisteminə dair məlumatı olmayan vətəndaşlar qarşısında bəzi mütəşəkkil aktlar həyəta keçirildi. Bu səhvdir, yanlışdır,” deyə cənab Əsədiyanın sözləri yerli mediada əks olunub.
O, həmçinin seçkilərdə səs alverinin həyata keçirildiyini önə çəkib.
“Mən seçkilərdə tayfaçılığa qarşıyam. Buna görə də, başqa bir namizədlə bərabər bir koalisiya təşkil etdik. Biz poster və plakat çap etmək yerinə, onun pulunu şəhərin bəzi küçələrinə asfalt çəkmək üçün xərclədik,” deyə Əsədiyan Təbrizdə jurnalistlərə açıqlayıb.