İyunun 12-də Ali Məhkəmədə H.Məmmədovun kassasiya şikayətinə baxılacaq
"Tolışi sado” (Talışın səsi) qəzetinin baş redaktoru Hilal Məmmədovun hüquqlarını Müdafiə Komitəsi və bir qrup azərbaycanlı hüquq müdafiəçisi prezident yanında əfv komissiyasına müraciət edərək onun həbsdən azad olunması məsələsinə baxılmasını xahiş ediblər.
Bu barədə Amerikanın Səsinə Hilal Məmmədovun hüquqlarını Müdafiə Komitəsinin rəhbəri, Helsinki Vətəndaş Assambleyasının həmsədrli Arzu Abdullayeva bildirib.
Onun sözlərinə görə, iyunun 6-da Müdafiə Komitəsinin iclası olub.
İclasda onun səhhəti ilə bağlı narahatlıq ifadə olunub.
“Hilal Məmmədov astmadan əziyyət çəkir. Saxlandığı 17 saylı koloniyada məhbuslarda vərəm aşkar edilib”, - A.Abdullayeva bildirib.
Onun sözlərinə görə, H.Məmmədov astma xəstəsi olduğundan vərəmə tutulmaq riskinə məruzdur. Problemin ən yaxşı həlli onun həbsdən azad edilməsidir.
“İyunun 12-də Ali Məhkəmədə H.Məmmədovun kassasiya şikayətinə baxılacaq. Əlbəttə, biz məhkəməyə təzyiq göstərə bilmərik. Bununla yanaşı hesab edirik ki, H.Məmmədovun işi üzrə istintaq kobud qanun pozuntusu ilə keçirilib.
Onun təqsirsizlik prezumpsiyasının pozulması və qanunsuz həbs edilməsi ilə bağlı iki şikayəti baxılmaq üçün Avropa İnsan hüquqları Məhkəməsində qəbul edilib.
Bundan əvvəl Azərbaycan Ali Məhkəməsi H.Məmmədovun işi ilə bağlı anlaşılmazlığı aradan qaldıra və onun hüquqlarını bərpa edə bilər”, - A.Abdullayeva qeyd edib.
İyunun 9-da keçirilən iclasda bir sıra hüquq-müdafiə qurumlarının nümayəndələri Ali Məhkəmədə H.Məmmədovun işi üzrə məhkəmə prosesinin monitorinqinin aparılması barədə qərar qəbul ediblər.
Hilal Məmmədov 2012-ci il iyunun 21-də həbs olunub. 2013-cü il sentyabrın 27-də Ağır Cinayətlər Məhkəməsi onu dövlətə xəyanət, millətlərarası ədavətin qızışdırılması və narkotik maddə alverində təqsirli bilərək 5 il azadlıqdan məhrum edib.
H.Məmmədov bu itthamları rədd edir və siyasi motivlərlə həbs olunduğunu düşünür. Amnesty İnternational onu “vicdan məhbusu” kimi tanıyıb.