Roma Papası Pasxa bayramı münasibətilə müraciətində Suriyada sülhə çağırıb

  • Amerikanın səsi

Roma Papası Benedikt Suriyada qan tökülməsinə son qoymağa və zorakılıqların dayandırılması üçün dialoqa çağırıb.

Pasxa bayramı münasibətilə Müqəddəs Pyotr meydanına toplaşmış təxminən 100 min insan qarşısında danışan Roma Papası çıxışının əsas hissəsini Suriyada vəziyyətə həsr edib. Pontif Suriyada dərhal ehtiram, dialoq və birliyə çağırıb.

Roma Papası habelə Nigeriyada terror hücumlarını qınayıb və dövlət çevrilişinin baş verdiyi Mali üçün dua edib. Pasxa bayramı münasibətilə mərasimin sonunda Roma Papası ənənəvi olaraq 65 dildə dua edib.

Dünya xristianlarının İsa peyğəmbərin çarmıxa çəkildikdən üç gün sonra yenidən dirilməsinə inamı əsasında qeyd etdiyi Pasxa bayramı xristian təqvimində ən mühüm günlərdən biri hesab edilir. Pravoslav xristianlar pasxa bayramını aprelin 15-i qeyd edəcək.