ABŞ prezidenti Barak Obama həftəlik müraciətini xristianlar və yəhudilər tərəfindən qeyd edilən Pasxa bayramına həsr edib.
Prezident Obama deyib ki, yəhudilərin Misirdən getməsi, xristianların isə İsa peyğəmbərin yenidən dirilməsi ilə əlaqədar olaraq qeyd edilən Pasxa bayramı insanlar üçün gələcəyə inamla baxmaq kimi bir əhəmiyyət kəsb edir. Özü xristian olan cənab Obama deyib ki, İsa peyğəmbərin ümidsizlik üzərində qələbə hekayəti hər bir insanını ürəyinə yol tapa bilər.
Respublikaçıların müraciətnidə Oklahoma ştatının qubernatoru Meri Fallin prezident Obamanı Kanadadan ABŞ-a neft kəməri lahihəsinə dəstək vermədiyinə görə tənqid edib. O deyib ki, Obama administrasiyası yeni iş yerlərinin açılmasına xidmət edəcək insfrastruktur layihələrinə əhəmiyyət vermir.