Dünyanın ən kiçik liman qəsəbəsi

Your browser doesn’t support HTML5

Dünyanın ən kiçik liman qəsəbəsi statusuna malik olan Dipo Bey US101 magistral yolunun üstündə yerləşən ən mənzərəli balıqçılıq buxtalarından biridir. Dipo Bey həmçinin Sakit okean sahillərində balina müşahidə etmək üçün ən ideal yerlərdən biri sayılır. Burada yerləşən Balina İzləmə Məntəqəsi hər il milyonlarla insanın dekabr-mart aylarında balina miqrasiyasını izləmək üçün Dipo Beyə axın etməsinə səbəb olur. Yolboyu qarşınıza çıxan rəngarəng hədiyyə mağazaları, müxtəlif dəniz məhsulları təqdim edən yerli restoranlar, antikvar dükanları və ən əsası sahildə əyləşərək gəmilərin körfəzə girib-çıxması izləmək Dipo Bey-i özünəməxsus sahil qəsəbəsi edir.