Dünyada ərzaq qiymətlərinin qeyri-sabit qalacağı deyilir

  • Nərminə Cəlalqızı

Dünyada ərzaq qiymətlərinin qeyri-sabit qalacağı deyilir

2011-ci il sona yaxınlaşdıqca dünyadakı ərzaq qiymətləri ilin əvvəli ilə müqayisədə aşağı düşməyə başlayıb. Qiymətlərin qalxıb-düşməsi son üç ildə ikinci dəfədir baş verir.

Son bir ildə ərəb dünyasında baş qaldıran inqilablar avtoritar rejimli dövlətlərdə ərzaq qiymətlərinin daha da qalxmasına, bunun da korrupsiya və yoxsulluğun artmasına səbəb olub.

“Qiymətlər çox qalxıb. İndi biz nə etməliyik? Biz burada qalıb, onları getməyə məcbir etməli və bu məsələləri həll edə biləcək insanların gəlməsinə nail olmalıyıq.” - deyə, bir sakin bildirir.

Şimalı Afrikada siyasi yanğınların Rusiyaya da təsir etdiyi deyilir. Keçən yay Rusiyadakı dəhşətli quraqlıq meşələrin yanmasına səbəb oldu və ölkənin taxıl istehsalına böyük zərər vurdu. Ölkədə qiymətlə sürətlə qalxdı, səhm birjalarına çaxnaşma düşdü.

Bundan əvvəl də-2008-ci ildə ərzaq qiymətləırinin qalxması bir sıra ölkədə olduğu kimi Misirdə də nümayişlərə gətirib çıxardı. Beynəlxalq Ərzaq Siyasəti İnstitutundan Şengen Fan baş verənlərin Ərəb Baharına səbəb olduğunu deyir: “Ərzaq qiymətlərinin qalxması bundan sonra da təkrar olunacaq və bu bizim birinci dərsimizdir. İkincisi isə ərzaq qiymətləri yüksək olaraq qalmaqda davam edəcək.”

Fan qiymətlərin yüksək və qeyri-stabil olaraq qalacağını deyir. O, bunun səbəbinin ərzağa tələbatın artması, lakin istehasal gücünün az olması ilə izah edir.

Bu il dünya əhalisinin sayı 7 milyarda çatıb və əsrin ortasında daha 2 milyard artacağı gözlənilir. İqtisadiyyatı inkişaf etməkdə olan Çin kimi ölkələrdə insanların çox ət yeməsi ilə heyvanlar yemlə təmin edilməlidir.

Kornel Universitetindən iqtisadçı Kris Barret ərzağa tələbatın yalnız məsələnin bir hissəsi olduğunu deyir: “Ərzaq və yem bio-yanacaq tələb edir”

2011-ci ildə Birləşmiş Ştatlarda yetişdirilən qarğıdalı heyvanlara yemdən daha çox yanacaq üçün etanol hazırlanmasında istifadə edildi. Barret buna baxmayaraq fermaların istehsal gücünün azaldığını deyir: “İndi biz nə ilə üzləşirik, bu isə son 20 ildə kənd təsərrüfatına lazımi investisiyanın qoyulmaması məhsul qıtlığına yol açır.”

Hal-hazırda dünya boyu ərzaq qıtlığının səbəblərindən biri də hava şəraitidir və iqlim dəyişikliyi bu problemin artmasına səbəb olur. Bu il ilk dəfə böhranın aradan qaldırılması məqsədi ilə Böyük 20-lərin kənd təsərrüfatı nazirləri bir araya gəldi. 2009-cu ildə Böyük 8-lər inkişaf etməkdə olan ölkələrin kənd təsərrüfatlarına 22 milyard dollar məbləğində yardım söz verdilər.

Bu məsələnin yaxşı tərəfi odur ki, yüksək qiymətlərlər sahibkarlar daha çox məhsul istehsal etməsinə yardım edir. 2011-ci ildə yüksək istehsal dünyanın hər yerində olmasa da, bəzi regionlarda qiymətlərin müvəqqəti düşməsinə səbəb oldu. Lakin 2012-ci ildə də qiymətlərin artacağı və qeyri-sabit olacağı proqnozlaşdırılır.