Dünyada enerji mənbələrinin gələcəyi barədə proqnozlar (VİDEO)

Dünyada enerji mənbələrinin gələcəyi barədə proqnozlar (VİDEO)

Dünyada 1 milyard 300 milyon insan hələ də elektrik enerjisi olmadan yaşayır. Dövrümüzdə bu rəqəm qəbuledilməzdir. Enerji mənbələrinə tələbat artdıqca xərclər də artır. Yeni, daha etibarlı enerji mənbələrinə ehtiyac var. Bu səbəbdən ölkələr öz şərtlərinə uyğun olaraq enerji siyasətlərini yenidən nəzərdən keçirməli olsa da, hazırda ciddi bir dəyişiklik gözlənilmir. Beynəlxalq Enerji Agentliyi qarşıdakı 25 ili nəzərdən keçirən illik hesabatını açıqlayıb.

Yaxın gələcəkdə alternativ enerji mənbələrinin fossil yanacağı əvəzləyəcəyi gözlənilmir. Qiyməti qalxsa da neftə ehtiyac azalmır. Qarşıdakı illərdə təbii qaz qızıl dövrünü yaşaya bilər. Tələbatın yüksək olduğu kömürün son on ildə iqtisadi artımdakı rolu digər enerji mənbələri ilə müqayisədə 50 faiz olub. Bu da eyni zamanda qlobal istiləşməyə yol açan karbondioksidin havaya buraxılmasının artmasının davam edəcəyi anlamına gəlir.

Məlumatlar Fransa paytaxtı Parisdə qərargahlanan Beynəlxalq Enerji Agentliyi hazırladığı World Energy Outlook 2011 – Dünya Enerji Proqnozu adlı hesabatda yazılıb. Agentliyin hesabatı bu günlərdə Vaşinqtondakı Karnegi Sülh Fondunun təkşilatçılığı ilə keçirilən konfransda açıqlanıb.

A worker walks on oil pipe at West Qurna oilfield in Iraq's southern province of Basra November 28, 2010. U.S. oil major ExxonMobil and its partners have awarded a contract to oil services firm Schlumberger Ltd to drill 10 wells in Iraq's West Qurna Phase

Hesabatın detallarını açıqlayan Beynəlxalq Enerji Agentliyinin baş iqtisadçısı Fatih Birol deyib ki, sənəddə Çinin dünyanın ən çox enerji sərf edən ölkəsi olduğu deyilir. Çin 2035-ci ildə ABŞ-dan 70 faiz çox enerjidən istifadə edəcək. Çin habelə bir neçə il ərzində karbondioksidin havaya buraxılmasında Avropanı keçəcək.

Öz daxili tələbatını təzyiq altında qoyan və yeni standantlar tətbiq edən Amerika enerji təhlükəsizliyinə daha az önəm verəcək. ABŞ xaricdən neft və qaz idxalını azaldacaq və daxili istehsalı artıracaq. Ancaq Avropa daha çox xaricdən asılılığını saxlayacaq.

Rusiya təbii qaz istehsalını yeni texnologiyalarla sərfəli vəziyyətə gətirsə, istehsalını artırmadan ixracatını ikiqat qaldıra biləcək.

Fatih Birolun sözlərinə görə, qarşıdakı 25 il ərzində ən çox investisiya yatırılan enerji mənbəyi təbii qaz və yenilənən enerji mənbələri olacaq. Neftə tələbat təbii qazdan daha az olacaq.

Fatih Birol Amerikanın səsinə verdiyi açıqlamada Türkiyənin gələcək illərdə enerji sahəsindəki ehtiyaclarından danışıb.

Beynəlxalq Enerji Agentliyinin Dünya Enerji Təxmini 2011 hesabatında vaxtında addım atılmasa, fəlakət baş verə biləcəyi deyilir.

Mövcud iqtisadi genişlənmə siyasətlərinin davam etsə bu əsrdə qlobal istiləşmə 6 dərəcə olacaq. Bu böyük fəlakət deməkdir. Dünya liderləri əvvəlcə Kopenhagendə, daha sonra isə Kankunda zirvə görüşlərində razılığa gəldikləri 2 dərəcəlik artım hədəfinə çatmaq üçün dövlətlərin enerji siyasətlərini ciddi şəkildə nəzərdən keçirməsi vacivdir.