Dünya ictimaiyyəti Sudanda zorakılıqların dayandırılmasına çağırır

  • Amerikanın səsi

Dünya ictimaiyyəti Sudanda zorakılıqların dayandırılmasına çağırır

Dünya ictimaiyyəti Sudanda baş qaldıran zorakılıqların təcili dayandırılmasına çağırır. BMT 3 minə yaxın insanın qonşu Efiopiyaya qaçdığını bildirir. BMT Sudan qüvvələri ilə Cənubi Sudan üsyançıları arasındakı qarşıdurma səbəbi ilə qaçqın böhranı yarandığını deyir. Qurumun baş katibi Ban Ki Mun və ABŞ Dövlət Departamenti döyüşlərin dayandırılması çağırışları ilə bəyanatlar verib. Mavi Nil ştatında iğtişaşlar cümə axşamı günündən baş qaldırıb. Iyul ayında Cənubi Sudanın müstəqilliyini elan etməsindən sonra zorakılıqlar vüsət alıb.