Accessibility links

Sudanda müstəqil qəzet müsadirə edilib


Sudanda müstəqil qəzet müsadirə edilib
Sudanda müstəqil qəzet müsadirə edilib

Sudanın təhlükəsizlik qüvvələri hökumət mətbuata qarşı təqibləri davam etdiyi zaman müstəqil əl-Əhdəs qəzetinin bütün nüsxələrini müsadirə edib. Qəzetin baş redaktoru Adil əl-Bəz müxbirlərə deyib ki, əsgərlərin çapdan çıxmış nüsxələrin müsadirə etməsilə bağlı heç bir izahat verilməyib. Keçən ay Sudanın iki ölkəyə bölünməsi nəticəsində Cənubi Sudanın müstəqil ölkə olduğu vaxt ölkərə bir sıra qəzetlər bağlanmışdı. Bununla yanaşı, Sudan məhkəməsi siyasi fəalın təhlükəsizlik qüvvələri tərəfindən zorlandığını yazan jurnalistin bir ay müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarmışdı. Eyni mövzuda yazan başqa bir jurnalist də bir ay həbs cəzası almışdır.

XS
SM
MD
LG