Drü Sallivan: Onlar Azərbaycan kimi ölkələri şəxsi feodal torpaqları kimi görür

Your browser doesn’t support HTML5

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) Azərbaycanla bağlı “İnkişafa aparan kölələr” adlı hesabat dərc edib. Təşilatın həm-təsisçisi Drü Sallivan Amerikanın Səsinə hesabatla bağlı sualları cavablandırıb.

Amerikanın Səsi: Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) Azərbaycanla bağlı “İnkişafa aparan kölələr” adlı hesabat dərc edib. Bu hesabat barədə nə deyə bilərsiniz?

Drü Sallivan: Hesabat 2009-2010-cu illərdə Bakıya o zaman inşa olunan böyük binaların tikintisində işləmək üçün Balkanlardan, xüsusilə də Serbiya, Bosniya və Şimali Makedoniyadan gətirilən minə yaxın işçi haqqındadır. Bu işçilər əslində ölkəyə insan alveri nəticəsində gətirilib. Onlara vəd olunan pul ödənilməyib. Onlarla pis rəftar olunub. İkisi ölüb. Onlar bərbad şəraitdə saxlanılıb.

SEE ALSO: Araşdırma: Balkandan gəlmiş fəhlələr Azərbaycanda "qul" şəraitində saxlandıqlarından Avropa Məhkəməsinə şikayət ediblər


Bu insanların işlədiyi SerbAz adlı şirkət gənclik və idman nazirinin həyat yoldaşına məxsus idi və şirkəti binaları tikmək üçün işə götürən də elə nazirin özü idi. Yəni o, özü ilə iş aparırdı. Əslində o, nazirlik üçün binaları inşa etməyə arvadını işə götürmüşdu və nəticədə işçilərə vəd olunan məbləği heç vaxt ödəmədi. İşçilərlə isə çox çox pis rəftar edirdilər. Bu isə skandaldır.

Amerikanın Səsi: Hesabatda sizi ən çox heyrətləndirən nə oldu?

Drü Sallivan: Ən maraqlısı odur ki, və biz şübhələnirdik ki, işçilər nə isə etməyə çalışanda, işçilərdən bəziləri öləndə, onlar polisi çağıranda, yerli QHT işçiləri onlara yardım etməyə çalışanda, hökümət onların qarşısını aldı.

QHT rəsmisi keçmiş polis idi. O təhdid edildi və nəticədə ölkədən qaçmağa məcbur oldu. Bu isə onu göstərir ki, bu məsələ yüksək səviyyədə dəstəklənirdi. Biz Azərbaycanda işlərin necə aparıldığını bilirik. Amma bu, xüsusilə dəhşətli məsələdir, çünki onlar Bakıdakı ən böyük binaları tikmək üçün əslində elə qul əməyindən istifadə edirdilər. Bu binlaırn çoxu birinci ailəyə məxsudur və tez-tez onlar tərəfindən istifadə olunur. Biz bundan ən çox elə birinci ailənin faydalandığından şübhələnirik.

Bilirsiniz, sən ciddi nədə isə ittiham olunanda bunu inkar edirsən, amma Azərbaycanda çox vaxt olduğu kimi, onlar heç sənə heç cavab da vermək istəmirlər.

Amerikanın Səsi: Məsələ ilə bağlı hökümətdən kiminləsə əlaqə saxlamısınızmı?

Drü Sallivan: Bəli. Biz hökümət nümayəndələri ilə danışmağa, onlardan müsahibə almağa çalışdıq amma nəticə əldə etmədik. Onlar müsahibə vermədilər. Onlar bu məsələ ilə bağlı danışmadılar belə. Biz həm də müxtəlif yerlərdəki səfirliklərlə, nazirliklə, hətta nazirin ailə üzvləri ilə əlaqə saxladıq. Biz çox səy göstərdik. Amma onlar heç bunu inkar etməyə belə cəhd göstərmədilər. Yəni heç bir cavab vermədilər. Bilirsiniz, sən ciddi nədə isə ittiham olunanda bunu inkar edirsən, amma Azərbaycanda çox vaxt olduğu kimi, onlar heç sənə heç cavab da vermək istəmirlər, hətta onlar barədə mənfi məlumat yazan media olsan belə.

Amerikanın Səsi: Hazırda məsələ nə yerdədir?

Drü Sallivan: İşçilərin bəziləri Bosniyaya qayıdandan sonra onlardan biri orada şirkəti məhkəməyə verdi. Nəticədə şirkətlə əlaqəsi olan dörd nəfər günalarını boyunlarına aldılar və insan alveri ilə məşğul olduqlarını etiraf etdilər. Digərlərinin işi ilə bağlı hələ ki, qərar verilməyib. İşçilər həm də Avropa İnsan Hüquqları Məhkəməsinə də müraciət etdilər. məhkəmə işi artıq bitib və biz bu il qərarın çıxacağını gözləyirik. Yəni xaricdə səylər olub. Amma Azərbaycanın daxilində heç nə olmayıb. Aydındır ki, bu məsələ yuxarı səviyyədə müdafiə olunur.​

Amerikanın Səsi: Hesabatın birinci hissəsi işçilər barədədir. Digər hissələr nə zaman dərc olunacaq və nə barədədir?

Drü Sallivan: Digər hissələri bir neçə saat sonra dərc olunacaq. İkinci hissədə SerbAz şirkətinin nazirlə əlaqəsi müzakirə olunur. Biz ilk hissədə işçilərin başına gələnləri haqda yazmışıq. Bu gün çıxan hissədə isə bu şirkətin offşor şirkətlər vasitəsilə necə nazirin yaxın tərəfdaşı ilə həyat yoldaşına məxsus olduğunu göstəririk. Şirkətin sənədlərində açıq bildirilir ki, şirkətin sahibi nazirdir. Yəni ən azından o, insan alveri ilə məşgul olmaqdan başqa öz şirkətinə nazirlik vasitəsilə iş verirdi. Nazirlik tikinti işləri dayanandan sonra belə SerbAz şirkətinə ödəmələr edib. Biz bu pulun nə üçün ödəndiyini heç bilmirik. Yəni o, Azərbaysan xalqının pullarının necə istifadə etdiyi ilə bağlı çox sayda suallar cavablandırmalıdır.


Amerikanın Səsi: Bu məsələ ilə bağlı dünya ictimaiyyətinə nə mesajı vermək istərdiniz?

Drü Sallivan: Bir ailə hakimiyyətdə bu qədər uzun qalanda və dünyaya sahib olduğunu düşünəndə, bu baş verir. Onlar Azərbaycan kimi ölkələri şəxsi feodal torpaqları kimi görür.

Burda heç bir demokratiyadan danışmaq olmaz. Bu pullar Azərbaycanda insanların işləri, kirayələri və maaşları, kiçik biznesnelərə kredit vermək bə başqa məqsədlər üçün istifadə oluna bilərdi. Amma onlar yenə də bu pulları boş şeylərə xərclədilər. Azərbaycan zəngin ölkədir və orada hər kəsin maddi vəziyyəti yaxşı olmalıdır çünki ölkəyə illərdir neft pulları axır. İndi neftin qiyməti aşağı olsa da, son on ildə çox yüksək olub. Ölkə zəngin olmalıdır, insanlar zəngin olmalıdır, amma deyillər. Bu isə ölkədəki endemik korrupsiyanın bəzi Afrika ölkələrindən daha pis vəziyyətdə olduğunu göstərir. Birinci ailənin rüşvətxorluğu baxımından Azərbaycandan pis vəziyyətdə olan ölkə yoxdur.