Beynəlxalq Valyuta Fondunun sabiq rəhbəri Dominik Straus-Kan seksual təcavüz ittihamı ilə bağlı bu gün Nyu-York məhkəməsinə çıxarılıb və məhkəmə onu ev dustaqlığından azad etməklə yanaşı, zaminə buraxılması üçün qoyulan girovları ləğv edib.
Straus-Kan məhkəmə zalını gülüməsəyərək tərk edib. Buna baxmyaraq ona qarşı irəli sürülən heç bir ittiham nə dəyişdirilib və ləğv olunub. Ancaq qərar göstərir ki, prokurorlar onun əleyhində qaldırılmış məhkəmə işinin və ittihmların çox güclü olduğuna əvvəlki qədər inamırlar. Fransız siyasətçi prestijli New York City otelində otağını təmizləməyə gələn 32 yaşlı xidmətçi qadına seksual taciz ittihamı ilə may ayında həbs olunub.
New York Times ittihamçı qvineyalı mühacirin ilkin iddialarından sonra prokurorlara dəfələrlə yalan danışdığını yazıb. Times qəzeti eyni zamanda qadının keçmişi haqda məlumatlarda ciddi fərqlərin aşkar edildiyini yazır. Qəzet belə məsələlərin sırasına, onun siyasi sığınacaq hüququ üçün müraciəti, keçmişdə narkobiznes və çirkli pulların yuyulması kimi fəaliyyətlərlə iştirak etməsi ehtimalı daxildir.