Beynəlxalq Valyuta Fondunun sabiq direktoru bir necə gün Nyu-York həbsxanasında saxlandıqdan sonra hazırda ev dustaqlığı altındadır.
Dominik Ştraus-Kan zaminə bir milyon dollarlıq vəsait və 5 milyon dollarlıq sığorta səhmləri müqabilində buraxılıb. Ştraus-Kan qonşuların mətbuatı onları narahat edəcəyinə dair şikayətlərindən sonra başqa bir mənzil tutmağa vadar edilib. Ona qarşı Nyu-York mehmanxanalarından birində xidmətçini seksual təzyiqlərə məruz qoyma ittihamı irəli sürülüb. Günahkar tanınsa Dominik Ştraus-Kan 25 il müddətinə azadlıqdan məhrum edilə bilər.