Suriyanın dövlət mediasının bildirdiyinə görə, Dəməşqdə iki partlayış nəticəsində 50-dən artıq adam həlak olub. Partlayışlar 170 insanın yaralanmasına səbəb olub. Hadisə insanlaraın işə getdiyi vaxt baş verib.
Suriyanın müxalif İnsan Hüquqlarının Müşahidəsi qrupu Amerikanın səsinə bildirib ki, partlayışlar təhlükəsizlik qüvvələrinin qərargahı yaxınlığında həyata keçirilib.
SANA xəbər agentliyi dağılmış maşınlar və insan qalıqlarını nümayiş etdirən şəkillər yayıb.
Hökumət hücumlara görə terrorçu adlandırdığı yaraqlıları, Suriyanın Milli Şurası isə hökuməti günahlandırıb.