Diyabakır məhkəməsi 6 kürd siyasətçinin həbsdə qalmasına qərar verib

  • Amerikanın səsi

Diyabakır məhkəməsi 6 kürd siyasətçinin həbsdə qalmasına qərar verib

Türkiyənin Diyabakır məhkəməsi parlament seçkiləri zamanı qələbə qazanan 6 kürd siyasətçinin həbsdə qalmasına qərar verib. 12 iyun seçkilərində onlar Sülh və Demokratiya partiyasının dəstəyi ilə müstəqil namizədlər kimi seçilib. Türkiyə rəsmiləri onları PKK-Kürdüstan Fəhlə Partiyası ilə əlaqədə günahlandırır. Siyasətçilərin apellyasiya müraciətini rədd edən məhkəmə onların qaçması və dəlilləri məhv etməsindən ehtiyat edərək, nəzarətdə qalmasına dair hökm çıxarıb. Onlardan biri Hatip Dicle artıq parlamentdəki yerini itirib. O, 550 yerli parlamentdə yer qazanan 36 kürd siyasətçidən biridir.