BMT ilk dəfə olaraq qeyd edilən bu gündə qızların təhsil imkanlarının məhdudlaşdırılması məsələsini vurğulayır
BMT-nin Ümumdünya Qızlar gününün qeyd edildiyi gün açıqlanmış yeni hesabatında qızların təhsilinin əhəmiyyəti vurğulanır. Uşaqların təhsilinin inkişafı məsələləri ilə məşğul olan Plan International təşkilatının açıqladığı hesabatda göstərilir ki, ibtidai məktəb səviyyəsində qeydiyyatdən keçən qızlar və oğlanlar arasında qlobal miqyasda bərabərlik müşahidə edilsə də, rəqabət baxımından qızlar oğlanlardan xeyli geri qalır.
Hesabatda 11 və 15 yaş arasında 39 milyon qızın məktəbə getmədiyi deyilir. Qızların təhsil imkanlarının ən çox Afrikada məhdud olduğu göstərilir. Təhsil imkanlarının qarşısının alınmasının səbəbləri arasında qızlar arasında erkən yaşda hamiləlik, maliyyə çatızmaşlığı kimi problemlər göstərilir.
Bununla yanaşı, qrup qızların məktəbdə zorakılığa məruz qaldığını bildirərək, Pakistanda talibançının qadın və qızların təhsil hüquqlarını müdafiə edən 14 yaşlı qızı güllə ilə vurması insidentini qeyd edir.
Çərşənbə axşamı ABŞ Dövlət katibi Hillari Klinton Ümumdünya Qızlar günü münasibətilə mesajında təhsil imkanlarının məhdudlaşdırılmasının qadınlar üçün həyat boyu problemlər yaratdığını deyib.
BMT Ümumdünya Qızlar günü münasibətilə açıqladığı bəyanatda qızların erkən yaşlarında ərə verilməsini insan hüquqlarının əsaslı şəkildə pozulması adlandıraraq, bunun qızların gələcəkdə həyatının bütün sahələrinə təsir göstərdiyini bildirib.
BMT bildirir ki, Əfqanıstanda qızların 46 faizi 18 yaşına çatmamış, 15 faizi isə 15 yaşı olmamış ərə gedir.