Dağlıq Qarabağ son günlər əsas müzakirə mövzusu olaraq qalır. Mövzunun müzakirəsi intensivləşsə də, nizamlanmanın intensivləşməsinə dair hər hansı bir işarə görünmür, ən azı ictimaiyyət üçün. Kazan görüşü, Sergey Lavrovun Yerevan, Bakı və ardınca da Vaşinqtona səfərləri, indi də Azərbaycan xarici işlər nazirinin Moskvaya səfəri – tərəflərin münaqişənin nizamlanması istiqamətdə son aylar göstərdiyi səylərdir. Bunlar nədən xəbər verir? Kazan görüşü uğursuz olacaqdısa, onun bu qədər vədlərlə keçirilməsinə ehtiyac var idimi?
Ceymtaun Fondunun rəhbəri Qlen Hovard Amerikanın səsinə Skype müsahibəsində diqqəti Kazan görüşünün keçirildiyi məkana yönəldərək deyir ki, görüş Rusiya daxilində yüksək statuslu muxtariyyəti olan və əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Tatarıstanda keçirilib. Bunun simvolik bir addım olduğunu dilə gətirən cənab Hovard Ermənistanla Azərbaycan arasında gərginliyin arta biləcəyini deyir: “Problem ondan ibarətdir ki, ABŞ diplomatik mənada regional inkişaf və təhlükəsizlik məsələlərini ruslara ötürüb. Rusiya isə nəinki diplomatik rol oynayır, həm də erməniləri və azərbaycanlıları silahlarla təmin edir. Moskvanın tərəfləri silahla təmin edərək bitərəf vasitəçi olmasını söyləmək çətindir”.
Glen Hovardın fikrincə, bununla Rusiya Azərbaycan və ABŞ-a regionda daha aqressiv rol oynamaya biləcəyini göstərməyə çalışır. Ekspertin sözlərinə görə, Qərbdə siyasətçilər Ermənistanın hər hansı bir güzəştə getməsini gözləyir: “Azərbaycan danışıqlarda dönüş nöqtəsi üçün hər hansı bir işarə axtarır. 2, 3, 4 vilayətin qaytarılması və s. Ancaq Yerevanın belə bir addımda maraqlı olmadığı görünür. Qəbələ radiolokasiya stansiyası Azərbaycanın əlində
Dağlıq Qarabağa dair son səylər Kazan görüşü Sergey Lavrovun səfərləri Prezidentlərin üzərinə təməl prinsiplər üzrə son təkliflərə münasibət bildirmək, sülh yolu ilə nizamlanmaya nail olmaq üçün həmsədrlər və həmsədr ölkələrin hökumətləri ilə işi davam etdirmək öhdəliyi qoyulub. Azərbaycan xarici işlər naziri Rusiya prezidenti Dmitri Medvedevin təkliflərinə prezident İlham Əliyevin cavabını Rusiya tərəfinə təqdim edib |
Rusiyaya qarşı əl əhəmiyyətli vasitədir.”
Rusiyaya səfəri zamanı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı Rusiya prezidenti Dmitri Medvedevin təkliflərinə prezident İlham Əliyevin cavabını Rusiya tərəfinə təqdim edib. Mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regional məsələlər arasında prioritetlərdən biridir. Bəs görəsən, ABŞ üçün də bu, belədirmi?
Qlen Hovardın sözlərinə görə, Avropa nəhəngləri Cənubi Qafqaz regionunda o qədər də maraqlı olmadığından Rusiyanın regionda yeganə rəqibi ABŞ-dır: “ABŞ-ın regionda daha sayıq rol oyması yaxşı olardı, ancaq belə deyil. Xanım Klinton bundan xəbərdardır. Fikrimcə ABŞ-ın ümumilikdə bu regiona yönəlik heç bir konkret siyasəti mövcud deyil. “Reset” siyasəti ilə ABŞ regionda bütün diplomatik səyləri Rusiyaya verdi. Azərbaycan isə bunu istəmir, rəsmi Bakı bu məsələyə bütün güclü dövlətlərin cəlb olunmasını istəyir”.
Ekspertin fikrincə, Ermənistanla Azərbaycan arasında münaqişə baş qaldırsa, güclü dövlətlərin diqqəti bu məsələyə yönələ bilər. O hətta, Serqey Lavrovun Vaşinqton səfərinin də bu məsələdə heç nəyi dəyişmədiyini deyir.