Accessibility links

Araz Əzimov: Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlana bilər


Araz Əzimov: Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlana bilər
Araz Əzimov: Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlana bilər

Nazir müavini deyib ki, Azərbaycan ölkənin ərazi bütövlüyünün bərpasına israr edir. “Eyni zamanda Bakı region əhalisinə özünüidarə verə bilər. Bu kompromis Azərbaycan üçündür. Lakin Ermənistan Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına yönələn ekstremal mövqeyi dəstəkləməkdə davam edir. Bu, sülhün bərqərarı yolunda əsas maneədir”.

Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlana bilər və rəsmi Bakı bu çərçivədə kompromisə hazırdır. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov “Exo Moskvı” radiostansiyasına müsahibəsində bildirib. O deyib ki, Azərbaycan ölkənin ərazi bütövlüyünün bərpasına israr edir. “Eyni zamanda Bakı region əhalisinə özünüidarə verə bilər. Bu kompromis Azərbaycan üçündür. Lakin Ermənistan Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına yönələn ekstremal mövqeyi dəstəkləməkdə davam edir. Bu, sülhün bərqərarı yolunda əsas maneədir”, - deyə cənab Əzimov vurğulayıb.

Nazir müavini hesab edib ki, Dağlıq Qarabağın hüquqi statusunun hazırlanması yalnız azərbaycanlı əhali öz doğma yurduna qayıtdıqdan sonra mümkündür. “Bu da Dağlıq Qarabağın hüquqi statusunun müəyyən olunması üzrə əsasların yaradılması üçün vacib şərt sayılır. Azərbaycan kompromisə hazır olduğunu bəyan edib və körpünün yarısına yaxınlaşıb. İndi Ermənistan qarşılıqlı addım atmalıdır”.

Onun fikrincə, Qarabağ nizamlanmasında “qızıl orta” bu cür başa düşülməlidir ki, Qarabağ Azərbaycanın tərkib hissəsi olacaq, lakin eyni zamanda Ermənistanla sıx əlaqələrə malik olacaq, beynəlxalq zəmanətlərlə təmin olunacaq. Region əhalisi təcrid olunmayacaq, sərbəst hərəkət edəcək, iqtisadi və mədəni inkişafa malik olacaq. Lakin bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olacaq. Bu, Azərbaycan tərəfinin təklif etdiyi kompromisdir”, - deyə cənab Əzimov bildirib.

XS
SM
MD
LG